Cəmiyyət

Füzuli rayonunun kəndləri qazlaşdırılır - YENİLƏNİB - VİDEO

20 Dekabr 2011 16:29
0 Şərh     Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19.12.2011
22:24

Milli.Az xəbər portalının EL TV-yə istinadən verdiyi məlumatına görə, dekabrın 19-da Füzuli rayonunun Əhmədalılar kəndinə təbii qaz verilib. Bu məqsədlə keçirilən toplantıda iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclisin sədr müavini Bahar Muradova sakinləri qaz çəkilişi münasibəti ilə təbrik edib.

Tədbirdə şıxış edən "Azəriqaz"ın rəsmisi isə bildirib ki, Əhmədalılar kəndinin qazlaşdırılması   üçün 2930 metr 125 millimetrlik, 8 min 500 metr 63 millimetrlik, 4500 metr isə 32 millimetrlik qaz xətləri çəkilmişdir. Kənddə  350 abonentin evinə sayğac və qaztənzimləyicilər quraşdırılıb. Indiyə kimi Horadiz şəhəri də daxil olmaqla, Mollaməhərrəmli, Arayatlı, Babı, Kərimbəyli, Şükürbəyli, Böyük Bəhmənli kəndləri tamamilə qazlaşdırılıb. Artıq Əhmədalılar da daxil olmaqla rayon ərazisində 3 350 abonent mavi yanacaqdan istifadə edir. Hazırda rayonun Qazaxlar, Mirzənağılı və Alxanlı kəndlərində qaz çəkilişi üçün işlər davam etdirilir.

Milli.Az

-------------------
20.12.2011
16:29



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.