Cəmiyyət

Bakıda iki azyaşlı qızı avtomobil vurub

12 İyul 2020 23:28
Baxış: 2 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquz yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkiz yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyadadırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.