Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan ordusu bu gün bir daha sübut etdi ki, istənilən təxribatın qarşısını almağa qadirdir. Bu qarşıdurma ordumuzun gücü ilə yanaşı, Minsk qrupunun səmərəsiz fəaliyyətini də isbatlamış oldu.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Məlum olduğu kimi, bu gün düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində ağır artilleriyadan istifadə etməklə təxribata cəhd edib. Azərbaycan ordusunun sayıqlığı və layiqli cavab zərbəsi nəticəsində düşmən hücumu dəf edilib, ciddi itkilərə məruz qalan işğalçı geri çəkilməyə məcbur olub.
Cəlil Xəlilov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
"Bu gün Ermənistan ordusu növbəti dəfə təxribata cəhd edərək təmas xəttinin Tovuz istiqamətində hücuma keçərək Azərbaycan ordusunun mövqelərinə doğru irəliləməyə çalışıb. Lakin şanlı Azərbaycan ordusunun əks-zərbəsi nəticəsində ağır itkilərə məruz qalan düşmən geri çəkilməyə məcbur olub. Düşmən ordusunun qəfil hücumu Azərbaycan ordusu tərəfindən qətiyyətlə dəf edilib, əsgərlərimiz yenə də böyük qəhrəmanlıq və fədakarlığa imza atıb.
Düşmənin bugünkü təxribatı Azərbaycan ordusunun istənilən təxribatın qarşısını almağa, düşmənə layiqli cavab verməyə qadir olduğunu sübut etməklə yanaşı, Ermənistanın Qarabağ problemini sülh yolu ilə həll etməkdə maraqlı olmadığını, hər zaman olduğu kimi, bu gün də hərbi müstəvidə təxribatlardan imtina etmədiyini göstərir. Bu gün baş verənlər ATƏT-in Minsk qrupu həmsədrlərinin siyasi fəaliyyətinin nə qədər yarıtmaz və faydasız olduğunu da bir kəs daha təsdiq etmiş oldu.
Hesab edirəm ki, başda Minsk qrupu olmaqla, bütün beynəlxalq təşkilatlar, həmçinin dünyanın aparıcı dövlətləri Ermənistanın bu təxribatını qınamalı, təcavzükar dövlətə qarşı ciddi təzyiq və sanksiyalar tətbiq etməlidir. Bütün dünya bilməlidir ki, düşmənin təxribatları müharibənin yenidən alovlanması, fasiləsiz hərbi əməliyyatların bərpası ilə nəticələnə bilər ki, buna görə bütün məsuliyyət işğalçı Ermənistanla yanaşı, həm də baş verənlərlə bağlı uzun illərdir ki, laqeydlik sərgiləyən beynəlxalq təşkilatların üzərinə düşəcək.
Düşmənlə qarşıdurmaya gəlincə, yalnız Azərbaycan xalqı deyil, bütün dünya ictimaiyyətinə bəllidir ki, Azərbaycan ordusu düşmən ordusundan qat-qat güclüdür və qısa zamanda işğal altındakı bütün torpaqlarımızı azad etmək iqtidarındadır.
Bu gün düşmən təxribatını dəf edən zaman 2 hərbçimiz şəhid olub, 5 hərbçimiz isə yaralanıb. Mən şəhidlərimizə rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirəm.
Mən indiki həsas məqamda Azərbaycan xalqını, cəmiyətin hər bir təbəqəsini bütün inciklikləri, fikir ayrılıqlarını, umu-küsüləri bir kənara qoyaraq ali baş komandanın, prezident İlham Əliyevin ətrafında sıx birləşməyə, Azərbaycanın maraqları uğrunda bir nəfər kimi səfərbər olmağa çağırıram. Bu gün bizim belə bir birliyə hər zamankından daha çox ehtiyacımız var və inanıram ki, biz bu çətinliyin, bu sınğaın da öhdəsindən birlikdə gələcəyik.
Eşq olsun qəhrəman Azərbaycan ordusuna! Eşq olsun ali baş komandana! Eşq olsun Azərbaycan xalqına".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)
-
İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - (Video)
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir





