Cəmiyyət

Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ

6 İyul 2020 23:39
Baxış: 8 843

Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı ETSN-nin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Milli.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, iy-qoxunun son günlər müşahidə edilən yüksək temperaturun və durğun hava şəraitinin üstünlük təşkil etməsi səbəbindən kanalizasiya sularının axıdılığı Böyük Şor gölündən yayıldığı ehtimal edilir.

O qeyd edib ki, mütəxəssislərimiz tərəfindən sözügedən ərazidə monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb. Sabah bu barədə daha dəqiq məlumat veriləcək.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.