Cəmiyyət

Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb

14 İyun 2020 14:05
Baxış: 2 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ötən ay kirayə mənzillərin qiyməti ucuzlaşıb.

Milli.Az bildirir ki, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, may ayında Bakıda kirayə mənzillərin qiymətində 2.15 faiz azalma müşahidə edilib. Ötən ilin may ayı ilə müqayisədə isə 2.98 faiz artım qeydə alınıb.

N.İbrahimov qeyd edib ki, mənzilin orta kirayə qiyməti 923 manat olub, 1 kvadratmetrin qiyməti isə 8.65 manat təşkil edib.

Ekspert əlavə edib ki, obyektlərin icarəsi bazarında 1 kvadratmetrin qiyməti 16.12 manat olub. Ay ərzində 1.77 faiz artım olub. Ötən ilin müvafiq ayı ilə müqayisədə isə artım 2.49 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.