Cəmiyyət

Meylim üzündəki qara xaldadır... - İsmayıllının laləli düzləri - VİDEO - FOTO

3 İyun 2020 07:55
0 Şərh     Baxış: 1 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəmi bir neçə gün ömrü olan, kövrəkliyini bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri ayaq saxlamağa vadar edir, sanki insanları ana təbiətin bu gözəlliyindən zövq almağa çağırır. Gözəlliyinə nəğmələr qoşulan, şeirlər söylənən al qırmızı lalələr İsmayıllıda füsunkar mənzərə yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Muğanlı-İsmayıllı avtomobil yolunun kənarında, Talıstan kəndinin ətrafında dəmyələrdə əkilmiş sinəsi laləli taxıl sahəsi - bu əsrarəngiz gözəllik görənlərin marağına səbəb olur.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.