Bakının təhlükə saçan eyvanları: hər an uça bilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında köhnə tikilinin eyvanları uçaraq yerə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma ola da bilərdi. Çünki ərazi insanların kifayət qədər intensiv hərəkət etdiyi bir yerdir.
Milli.Az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.
Sakin: "Ölüm də ola bilərdi, kimsə şikəst də qala bilərdi. Hər şey gözlənilə bilər. Ancaq ehtiyatlı olmaq lazımdır. Keçəndə də yuxarı baxmaq lazımdır. Əgər təhlükəli yerdirsə, keçmək lazım deyil".
Paytaxtda qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. Eyni zamanda, həmin binaların eyvanları da kifayət qədər təhlükəli vəziyyətdədir. Bu, həm də ondan xəbər verir ki, binaların eyvanlarının uçma hadisəsi son deyil, yenə də ola bilər.
Sakin: "1954-cü ildə tikilmiş binadır, ona görə də uçub gedir. Ona görə heç çox adam çıxmır eyvana qorxusundan".
Anar Məlikov - Ekspert: "Bina ömrünü tamam etmiş binadırsa və yaxud qəzalı vəziyyətdədirsə, mümkündür ki, bu eyvanların artıq konstruksiyaları çürüyüb. Metal hissələri artıq çürüyüb, zədələnib. Və müəyyən zaman keçdikdən sonra yoxlanıb nəzarət olunmadıqda, təbii ki, gözlənilməz təhlükələr ortalığa çıxır və eyvanlar qəfil uçur".
Ekspertin sözlərinə görə, aidiyyətı qurumlar tərəfindən mütəmadi olaraq, qəzalı vəziyyətdə olan binalar araşdırılmalı və qabaqlayıcı təhlükəsizlk tədbirləri görülməldir.
Anar Məlikov - Ekspert: "Qəza şəraiti yarada biləcək hallar analiz olunmalıdır. Qəzalı şəraitdə olan eyvanlar sökülüb aradan qaldırıla bilmirsə, ən azından hasarlana bilər. Ən azından çıxıntı hissələrinə qədər hasarlanmalıdır. Yəni fiziki insanların ora girməsi və yaxud qəzanın birbaşa baş verməsi ilə bağlı fiziki baryer yaradılmalıdır".
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtda istismar müddəti bitən evlərin söküntüsü davam edir. Eyni zamanda, Nərimanov rayonu ərazisində də qəzalı vəziyyətdə olan binaların sökülməsi nəzərdə tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
XƏBƏR LENTİ
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
Leyla Əhmədova həbs edilib
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır
-
İnarə Mirhəsənova yüksək vəzifəyə təyin edildi
-
1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verildi
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir
-
Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
-
Gələn il imtahan proqramlarının məzmununda ciddi dəyişiklik olacaq?
-
Merih Demiralın ailəsi dağılır? - Arvadının müzakirə yaradan qərarı...
-
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı - (Foto)
-
"44" bədii filminin ilk tizeri təqdim olunub - (Video)
-
4 klub cərimələndi





