Cəmiyyət

Füzulidə hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator tapılıb - FOTO

16 May 2020 08:08
0 Şərh     Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 15-də Dövlət Sərhəd Xidmətindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Arayatlı kəndi ərazisində təqribi çəkisi 300 qram, hündürlüyü və diametri 20 sm ölçüdə, üzərində 7 metr ipək ip olan şübhəli əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Milli.Az-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator aşkar olunub, aidiyyəti üzrə təhvil verilib.

Metroloji radiopelenqatorun ətrafında 100 kvadratmetr əraziyə yerüstü, 125 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.