Cəmiyyət

Bərbər və gözəllik salonlarına gedənlərə xəbərdarlıq edildi

12 May 2020 19:06
4 Şərh     Baxış: 3 467
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bərbər və gözəllik salonuna gedənlərə koronavirusdan qorunmaq üçün bəzi tövsiyələr verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tövsiyələrdə adıçəkilən yerlərə getmədən öncə qəbul saatı almağın vacibliyi vurğulanıb.

"Gedərkən mütləq maska taxılmalı, məkanda olan müddətdə ehtiyac olmadıqca maska çıxarılmamalı, maskanın doğru istifadə qaydalarına riayət edilməlidir. Məkana çatan kimi su və sabunla əllər yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə olunmalıdır.

Digər müştərilərlə insanlar arasında ən azı 3-4 addım məsafə saxlanılmalıdır. Səthlərə və ortaq istifadə ilə qoyulan qəzet, jurnal və s. əşyalara toxunulmamalı, toxunulsa da əllər su və sabunla yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə edilməlidir. Yemək-içmək üçün heç nə istənilməməlidir. Dəsmalların və ya istifadə olunan alətlərin birdəfəlik istifadə olunduğuna diqqət edilməlidir. Əşyalar daha öncə istifadə edilibsə, personala xəbərdarlıq edilməlidir.

Sizə hansı insanların xidmət etdiyini qeyd edin. Bununla sizin və ya xidmət personalının COVID-19 testinin pozitiv çıxacağı halda, təmaslarının aşkarlanması daha asan olacaq. Mümkün olduğu qədər kredit kartı və ya bank kartı ilə təmassız ödəniş edin", - TƏBİB-dən bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.