Cəmiyyət

Şirvanda kişi balta ilə öldürülüb

12 May 2020 08:38
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində gecə saat 03 radələrində ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ruhi xəstə olan oğul (və ya qız) atası -1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.

Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.