Cəmiyyət

Sağlam şəkildə oruc tutmaq üçün məsləhətlər

26 Aprel 2020 07:55
2 Şərh     Baxış: 1 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, müqəddəs Ramazan ayı başladı.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ramazan ayı boyunca oruc tutan insanların diqqət etməli olduğu mühüm məsləhətlər var. Belə ki, oruc tutan şəxslər imsak vaxtı nisbətən yüngül qidalara üstünlük verməlidirlər.
 
Bundna başqa, bədənin su ehtiyacını təmin etmək üçün iftar və imsak arasında 2-2,5 litr su qəbul etmək lazımdır. İftara yüngül və az yağlı qidalarla başlamaq və aramla yemək məsləhətdir.
 
Yeməkləri az porsiyalar şəklində yeməlisiniz. Şirniyyat kimi qızardılmış və xəmirdən hazırlanmış təamlardan çəkinin. Mümkün olduqca südlü məhsullara üstünlük verin. İftar və imsak arasında meyvə yeyə bilərsiniz.
 
Həftədə ən az 3 dəfə davamlı olaraq yüngül şəkildə idmanla məşğul olmalısınız. Ramazan menyusunu hazırlayarkən süfrəyə hər qida növündən bərabər şəkildə qoymaq lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.