Saxta əsginas satan Bakı sakinləri saxlanılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri N.Qədirov, E.Abdullazadə, N.Hüseynov, C.Dövlətov və M.Usubova aprelin 9-da Nərimanov rayonu ərazisində 24 ədəd 100 manatlıq saxta əsginas (2400 manat) şərti alıcıya satarkən saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Milli.Az