Təhsil Nazirliyi: ""Virtual məktəb" portalında yenidən qeydiyyatdan keçmək mümkündür"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Virtual məktəb" portalında artıq yenidən qeydiyyatdan keçmək mümkündür.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.
Artıq 36 min şagirdin qeydiyyatdan keçdiyini xatırladan V.Xanlarov bəzi valideynlərin qeydiyyatdan keçə bilməməsinə də münasibət bildirib.
O qeyd edib ki, adətən, bütün sistemlərdə müəyyən müddət ərzində "sıxlıq" dövrü müşahidə edilir: "Ola bilsin ki, hansısa valideynə anında istifadəçi adı göndərilməyib. Bəzi provayderlər bir çox məktubları filterdən keçirərək onu spam kimi qəbul edirlər. Buna görə də qeydiyyatdan keçmək istəyənlər gələn məktublarla yanaşı, spam qovluğunu da yoxlamalıdırlar. Çünki cavab məktubu orada da ola bilər".
V.Xanlarov bildirib ki, portalda artıq qeydiyyatdan keçmiş valideynlər portala daxil olarkən öz e-mailləri vasitəsilə deyil, sistem tərəfindən ona göndərilən istifadəçi adı və şifrə ilə daxil olmalıdırlar.
İdarə rəisi əlavə edib ki, sistemdə şagirdə həm də tapşırıqlar verilir və şagird həmin tapşırıqları edərkən sistem düz və ya səhv cavabları özü müəyyən edir.
Proqramın ingilis dilində olmasına və bunun dil bilməyən valideynlər üçün çətinlik yaratmasına da münasibət bildirən TN rəsmisi bildirib ki, "Microsoft Teams" adlı tətbiqi üzərində qurulan virtual məktəb platforması çox qısa zamanda - bir həftəyə ərsəyə gətirilib: "Lakin bu platforma bizim sistemlərə də inteqrasiya edilib ki, biz şagirdləri tanıyaraq onları sistemə qəbul edək. Hazırda ""Microsoft" şirkəti ilə bununla bağlı danışıqlar aparılır. Bu işlər çox tez olmaya bilər, amma bu istiqamətdə işlər görülür".
V.Xanlarov virtual dərslərlə bağlı təlimatların hazırlanacağını da nəzərə çatdırıb.
Xatırladaq ki, "Virtual məktəb" layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirə bilər.
Aprelin 2-dən sistemə qoşulmaq üçün qeydiyyat başlasa da, bəzi vaideynlər qeydiyyatdan keçə bilmədiklərini açıqlamışdılar.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov aprelin 3-də bildirmişdi ki, ilkin komplektləşdirmə tamamlandıqdan sonra yeni şagirdlərin qeydiyyatına davam ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərcləri nə qədərdir? - (Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi
-
Türkiyədə 5 yaşlı qız uşağı dişinin müalicəsindən öldü
-
Ağcabədidə qəzada ölən qardaşların Fotosu
-
Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı
-
UEFA Millətlər Liqasının qrup mərhələsində II tura start verilir
-
53 yaşlı türk müğənni tanınmaz halda (Foto)
-
"Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
-
Azərbaycana milyardlarla dollar gələcək - Ekspert açıqladı





