Cəmiyyət

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər - RƏSMİ

30 Mart 2020 22:15
Baxış: 7 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq".

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bunu AZTV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bu axşamdan başlayan qadağalarla metroda və nəqliyyatda sıxlığın qarşısı alınacaq.

"Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir".

Onun sözlərinə görə, bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur.

"Yalnız o şəxslərə çölə çıxmaq olar ki, onlar üçün xüsusi icazə olsun. Digər insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər. Bir də zibillərin atılması üçün çölə çıxa bilərlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.