Cəmiyyət

Bakıda avtobus gözləmə yerlərində oturacaqlardan istifadəyə qadağa qoyuldu - FOTO

29 Mart 2020 10:00
1 Şərh     Baxış: 2 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlarımız özünütəcrid tədbirlərinə adekvat davranmırlar.                                                                                                                      

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Qeyd edilənləri nəzərə alaraq, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub: "Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.