Cəmiyyət

Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıb

25 Mart 2020 19:54
Baxış: 759
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə ölkəmizdə Koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna rəhbər heyəti 1 aylıq əmək haqqının 100% - ni, işçi heyəti isə 50% - ni köçürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqsəd pandemiyanın Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən fəaliyyətə dəstək göstərməkdir.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaiti də ölkəmizdə koronavirusla mübarizə ilə yanaşı, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsi, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması, nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsi, tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, tibb sahəsində mütəxəssislərin hazırlanması, təbliğat və maarifləndirmə fəaliyyətinin və digər fəaliyyətlərə yönəldiləcək.

Xatırladaq ki, koronavirusun (COVID-19) geniş yayılmasının qarşısının alınması bu gün bütün dünyada prioritetə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.