Cəmiyyət

Səudiyyə Ərəbistanı Krallığındakı səfirlik də Azərbaycan vətəndaşlarına müraciət etdi

15 Mart 2020 18:24
0 Şərh     Baxış: 1 335
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanı Krallığında yaşayan Azərbaycan vətəndaşlarına bir sıra tövsiyələr verilib. 

Milli.Az-ın məlumatına görə, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi vətəndaçlarımıza müraciət edib.

Müraciətdə bildirilir ki, yeni növ koronavirusun sürətlə yayılmasına görə, Səudiyyə Ərəbistanı dövlət orqanlarının yaydığı rəsmi məlumatlar diqqətlə izlənilməli və şəxsi gigiyena qaydalarına əməl olunmalıdır Bundan başqa, aşağıdakı tövsiyələr verilib:

"Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməsin və insanların kütləvi halda toplaşdığı məkanla gedilməsin.

Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə olduqda təcili tibbi müayinədən keçirilsin, bu məqsədlə Səfirlikdə yaradılan "Qaynar xətt"lə (+9966 11 419 2382, +988 54 567 2583 ) əlaqə saxlanılsın". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.