Cəmiyyət

Məktəbdə yanğın olub - YENİLƏNİB - VİDEO

9 Mart 2020 08:26
0 Şərh     Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

08:26

Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 175 m2 olan birmərtəbəli orta məktəb binasının (xarici və arakəsmə divarları yüngül konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

----------

07:28

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir şəhərində Təhsil Nazirliyinə məxsus orta məktəbdə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.