Ağsu rayonunda yanğın qeydə alınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az