Cəmiyyət

“Çıxış bağlanıb, övladımın virusa yoluxacağından çox qorxuram”

25 Yanvar 2020 23:09
7 Şərh     Baxış: 6 671

Çində yayılan koronovirus təhlükəsi ölkənin Hubey vilayətinin on üç şəhərində karantin elan edilməsi ilə nəticələnib. Karantin elan edilən ərazilərdə azərbaycanlı tələbələr də var və onlar ölkəyə qayıda bilmir.

Milli.Az bildirir ki, mövcud durumla bağlı Modern.az-a danışan Çinin karantin elan edilmiş Vuhan şəhərində yaşayan doktorantura tələbəsi Leyla Quliyeva övladının xəstəliyə yoluxacağından çox narahat olduğunu deyir:

"Mən avqust ayından Huazhong University of Science and Technology  universitetində doktorantura təhsili almaq üçün Vuhan şəhərindəyəm.

Ailəm də noyabr ayından etibarən mənimlə birgə burada yaşayır. İki gün bundan əvvəl gecə saat 2-də xəbərdarlıq olundu ki, şəhəri kim tərk etmək istəyirsə etsin, növbəti günlərdə bu, mümkün olmayacaq.

Lakin xəbərdalıq gecə edildiyindən bizim bu barədə məlumatımız olmayıb. Bəzi azərbaycanlı tələbələr xəbərdarlığı eşidib şəhəri tərk edə bildi. Artıq xəbərdarlıq ediləndən 7-8 saat sonra səhər saat 10:00-da şəhərə giriş-çıxış bağlandı.

İctimai nəqliyyat işləmir, evdən çölə çıxa bilmirik. Azərbaycanın Çindəki səfirliyi, konsulluq özü mütəmadi şəkildə bizimlə əlaqə saxlayır, həm maddi, həm də mənəvi yardım edəcəklərini bildirilər".

Leyla Quliyeva yaxın zamanlarda təxliyyənin baş tutma ehtimalının olduğunu deyir:

"Bizim burdan təxliyə olunmağımızla bağlı səfirlik Vohan hökuməti ilə danışıqlar aparır. Lakin Çin tərəfi nəinki Azərbaycan səfirliyinə, bütün digər səfirliklərə təxliyyə məsələsi ilə bağlı neqativ cavab verir. Bir neçə saat bundan öncə bizə dedilər ki, ola bilsin ki, yaxın zamanda burdan təxliyyə olunaq.

Övladıma görə çox narahatam, 7 yaşı var, immuniteti zəifdir, xəstəliyə yoluxa bilər. Düzdür, tez-tez evi dezinfeksiya edirik, əllərimizi spirtləyirik, amma yenə də narahatam. Azərbaycan səfirliyi də uşağa görə çox narahatdır, buna görə də əllərindən gələni edirlər".

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Ssss · 26 Yanvar 00:1330

    Allah komek olsun

    Cavab yaz
  • Anonim
    Asi · 26 Yanvar 02:43122

    Mende ovladim ucun qorxursan. Sizin bura gelmeyiniz Azerbaycan ucun tehlukedi. Biz sizin qaldiginiz seherin ehalisinin sayindan da aziq. Emin olmaq lazimdir ki sizde virus var ya yox. Bura geldiyiniz zaman birden sizde virus olsa nece ki siz qorxursunuz biz analar da ovladimiz ucun qorxuruq. Gelsez tecrid olunmalisiz mueyyen muddet ki virus dasiyicisi olub olmadiginizi anlayaq.

    Cavab yaz
    • Anonim
      *** · 26 Yanvar 08:1831

      Tamamilə düzdür

      Cavab yaz
    • Anonim
      11.31 · 26 Yanvar 18:0001

      size gore bu millet bu gundedir.

      Cavab yaz
  • Anonim
    Alsu. · 26 Yanvar 08:2830

    Allah köməyiniz olsun ! Dua edək Sizlərcun ki , bu qorxulu bəladan saq salamat qurtulasınız . Amin !

    Cavab yaz
  • Anonim
    Sevda.R · 26 Yanvar 08:3230

    Allah kömək olsun bütün müsəlmanlara.

    Cavab yaz
  • Anonim
    anonim · 26 Yanvar 11:3131

    otur orda nece gedibsense gelib bizide xestelendirme

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.