Son 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin rəhbərliyi ilə cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Respublikamız cinayətkarlıqla qlobal mübarizədə fəal iştirak edərək cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahəsində konvensiyalardan və ikitərəfli müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla yerinə yetirir.
Trend Ədliyyə Nazirliyinin "Facebook" səhifəsinə istinadla xəbər verir ki, ölkəmiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş "Ekstradisiya haqqında" 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə səmərəli əməkdaşlıq edir. Eyni zamanda, nazirlik cinayət törətmiş şəxslərin təslim edilməsinə - ekstradisiyasına dair bir sıra Asiya, Afrika və Ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayıb. Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.
Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq çərçivəsində ötən beş il ərzində 160-dək cinayətkarın Azərbaycana ekstradisiya edilməsinə nail olunub.
Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında imzalanmış ekstradisiya haqqında Sazişin implementasiyası çərçivəsində özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla əməl törətmiş və barəsində İnterpolun xətti ilə beynəlxalq axtarışa verilmiş şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı danışıqlar aparılıb, Ədliyyə Nazirliyinin Əlcəzair tərəfinə göndərdiyi sorğu təmin edilərək həmin şəxsin təslim edilməsinə razılıq verilib və o, nazirliyin əməkdaşlarının müşayiəti ilə bu günlərdə ölkəmizə gətirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)





