Cəmiyyət

"Könüllü qonaq" təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar - FOTO

24 Yanvar 2020 16:49
Baxış: 612
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər.

Milli.Az bildirir ki, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili "Könüllülər ili" elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan "Könüllü qonaq" təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.