Cəmiyyət

Azərbaycanda çay yığımının həcmi açıqlanıb

24 Yanvar 2020 08:09
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Azərbaycan ərazisində 851,3 ton çay yarpağı yığılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İlkin Ələkbərli deyib. Onun sözlərinə görə, bu göstərici 2018-ci illə müqayisədə azdır:

"2018-ci ildə Azərbaycanda 868,6 ton çay yarpağı yığılmışdı. Bizim hesablamalarımıza görə, 2019-cu ildə azalmanın əsas səbəbi əkilən çay kollarının yeni olması və hələlik məhsul verməməsidir. Gələcəkdə məhsuldarlığın artımı gözlənilir".

Qeyd edək ki, Azərbaycanda ən böyük çay plantasiyası Lənkəranda (628,5 hektar) yerləşir. Bundan başqa, Astara (345 hektar), Masallı (103 hektar) və Zaqatalada (60 hektar) çay plantasiyaları var. Ümumilikdə Azərbaycanda 1136,5 hektar torpaq çay əkini üçün istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.