Cəmiyyət

Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”

22 Yanvar 2020 14:39
0 Şərh     Baxış: 3 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bakteriyalaşmış toyuq ətindən dönər hazırlanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyədə vaxtı keçmiş, bakteriyalaşmış toyuq ətini xlorla yuyub, ondan dönər hazırlayırlar.

Bu barədə Beynəlxalq Dönər Federasiyasının (UDOFED) başçısı Mehmet Mərcan danışıb.

"Ucuz qiymətə satılan, istifadə vaxtı keçmiş məhsullar nəzarət olunmazsa, insanların sağlamlığına ciddi zərər yetirir. Ucuz qiymətə dönər növbəsinə dayanan vətəndaşlar daha sonra həkim növbəsinə dayanacaqlar", - o qeyd edib.

O, bu halın qarşısını almaq üçün tədbir görüləcəyini deyib:

"12 saat xidmət göstərən dönərxanalarda altı saatdan bir ət dəyişdiriləcək. Çünki 12 saat şişə keçirilərək bişən ətdə bakteriyalar çoxalır və bu da xəstəliklərə səbəb olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.