Cəmiyyət

Üç övladıyla itkin düşən qadından gözlənilməz qərar - Ərindən ayrılır, anasından İMTİNA EDİR - FOTO

22 Yanvar 2020 11:45
24 Şərh     Baxış: 9 289

Bir neçə gün öncə üç övladıyla birlikdə itkin düşən Əfsanə İsayeva tapılıb.

Milli.Az xəbər verir ki, qadın Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə gələrək əri Səxavət İsayevin onu qırmancla, şallaqla döydüyünü, işgəncələr verdiyini bildirib.

S.İsayev canlı efirə gələrək Əfsanənin dediklərini təsdiq edib:

"Əsəbi olmuşam, bilməmişəm. O, məni qısqanır və aramızda mübahisə yaranır, cavab qaytarır, mən də əsəbiləşib vururam".

Əfsanə İsayeva bildirib ki, o, ərindən boşanmaq istəyir. O, həmçinin anası və qardaşından da incik olduğunu dilə gətirib:

"Xahiş edirəm, məni sığınacağa yerləşdirin. 10 ildir dözürəm, daha dözə bilmirəm. Bir il əvvəl anamın yanına getdim. Dedi ki, oğlum əsgərlikdən gəlir, başım qarışıqdır, get, ər evindən ağ kəfənlə çıxacaqsan. İndi mənə nə qardaş, nə də ana lazım deyil".

Səxavət İsayev isə boşanmaq istəmədiyini deyib. (ölkə.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Sovet vətəndaşı · 22 Yanvar 11:47246

    Bəs o 3 uşağı nə ağılla doğubsan, ay bədbəxt? Analardan ayrı nə söz cixasidir? Hamısı elə deyir.

    Cavab yaz
    • Anonim
      ... · 22 Yanvar 17:0580

      Her kes sizin kimi güclü deyil yeqin ki.Ölkede o.qeder çaresiz veziyyetde yaşayan qadinlar var ki.Usaqda ki,yeqin istemeyerek qalib.Ixtiyar da yoxdu ki,gedib aldirsin.

      Cavab yaz
      • Anonim
        Sinir · 22 Yanvar 18:5750

        Ola bilər. Çox vaxt qızın öz doğmaları dirəşir ki, yenə uşaq olsun. Heçkəsi kör-köranə qınamayasan gərək.

        Cavab yaz
  • Anonim
    123 · 22 Yanvar 11:47200

    Can bala

    Cavab yaz
  • Anonim
    tənqidçi · 22 Yanvar 11:51390

    Yazıq qız. Gücünü zəif adamlar üzərində yoxlayan bütün adamlara nifrət edirəm.

    Cavab yaz
  • Anonim
    xanım · 22 Yanvar 12:07530

    Bu qadının 27 yaşı var görkəmindən 40 yaşlı görünür. Yazıq 17 yaşından ərə gedib , heç uşaqlığını gəncliyini yaşamayıb. Üstəlik ər evində döyülüb. Tayları ərə getmiyib bu özü böyüməmiş 3 uşaq doğub Offf nadan millətim . 21 ci əsrdir və bu problemlər hələ də var. Yaxşı ki hələ görkəmi bir az müasir deyil, baxımlı qadın deyil , yoxsa deyəcəkdilər ki kiməsə qoşulub qaçıb

    Cavab yaz
  • Anonim
    Ana · 22 Yanvar 12:08160

    Axwam o oglani o qeder qargiw elemiwem ki qaynanam deyir sen manyaksan ki .nece ne agilnan dogur ovladdida ne bilsin er dediyi arsizdi

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 22 Yanvar 12:11190

    Yaziq qadin ,yaxsi eliyib qacib ele Kisinin elinde olmekdense bele yaxsidi

    Cavab yaz
  • Anonim
    Mən · 22 Yanvar 12:27227

    Əri yaraşıqlıdı bu da bir az özünə baxsın ki ərini qısqanıb evdə problem çıxartmasın

    Cavab yaz
    • Anonim
      Sən kimsən? · 22 Yanvar 12:49140

      Sənin kimilərin zibilinə düşüb bu millət.

      Cavab yaz
    • Anonim
      .) · 22 Yanvar 13:06190

      Ər basibatmis nə gun yaradibki özünə baxa bilsin...

      Cavab yaz
    • Anonim
      KMV · 22 Yanvar 13:26210

      Kasibciliqdan nece baxsin ozune imkani ilsa eyin basi bu gunde olmaz.Ureyim agridi gor nece yasayan qadinlarimiz var.Cox usagida ele tehsilsizlikden ,avamliqdan imkansizliqdan dunyaya getirir hekime getmeye, dogumun qarsisin almaq ucun vasitelereden istifade etmeye de pul lazimdir.

      Cavab yaz
    • Anonim
      asi · 22 Yanvar 14:23140

      Cəhənnəmə olsun yaraşlqlı.. Yaraşıqlı olsa da, otardığı qoyunlar qədər də deyil...

      Cavab yaz
      • Anonim
        123 · 22 Yanvar 15:0430

        Düze düz...

        Cavab yaz
    • Anonim
      f · 22 Yanvar 16:4890

      eri yarasiqli zad deyil.babama oxsuyur

      Cavab yaz
      • Anonim
        111 · 23 Yanvar 08:3800

        adam babasina yarashiqsiz deyer hec?)))

        Cavab yaz
  • Anonim
    Alsu. · 22 Yanvar 13:24100

    Bu cur manyak kişiciklərin özunu qırmancla yaxşıca döyub , elə qoyunları ilə birlikdə otarmaq lazımdır ! Kişicik !

    Cavab yaz
  • Anonim
    sureya · 22 Yanvar 13:3590

    Nədən kisiler bu qədər cilizlasir?

    Cavab yaz
  • Anonim
    mn · 22 Yanvar 14:18150

    o vaxta kimi ki analar qızlarına yiyə durmur, "get, ər evindən ağ kəfənlə çıxacaqsan" deyir-qızlar döyüləcək,söyüləcək,alçaldılacaq,öldürüləcək və ya intihar edəcək.qızlarımıza yiyə olaq,onlara dayaq olaq,duz yükü kimi onlara baxmayaq,onları fərd kimi böyüdək!

    Cavab yaz
  • Anonim
    d · 22 Yanvar 14:36110

    qisqanmalidida ay werefsiz.sevirki seni qisqanirda..onda doyurler??bowansin eceb edir!!

    Cavab yaz
  • Anonim
    Ana · 22 Yanvar 16:11110

    Yaraşıqlı deyil o arsızdı abırsızdı sırtıqdı elələri 50 yaşdada cavan oğlan kimi görünür. Qurban olaram həyat yoldaşıma o qədər mənə körpələrimizə dəyər verir ki hər gün gözümdə hörməti gözəlliyi artır elə bilirəm mənimçün dünyada ondan gözəl insan yoxdur heç vaxt yoxluğu sıxıntını his elətdirmir.bunlar qızıb elə bil heyvan otara otara heyvana dönürlər

    Cavab yaz
    • Anonim
      Anaya · 23 Yanvar 09:1400

      Maşallah.Gedin Allaha şükür eliyin ki qabağınıza belə adam çıxıb.Bir də görürsən adama eləsi urcah olur ki gönü qalın.Ha başa salırsan ki adam içində cəmiyyət içində bunu eləmək olmaz,bu sözü demək olmaz xeyri yoxdu.O qədər qabirğası qalındı ki söz təsır eləmir.İstər kişi olsun istər qadın.

      Cavab yaz
  • Anonim
    ... · 22 Yanvar 17:0860

    Adamin üreyi ağrıyır bu cür qadınları görende.Allah kömeyi olsun

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.