Bakıda alovların möcüzə yaratdığı məkan - Bəzi turistlər ora ibadətə gəlirlər - REPORTAJ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Day.Az-a istinadən Fərid Dağların yazısını təqdim edir.
Təbiətin Azərbaycana bəxş etdiyi möcüzələrdən biri də Yanardağdır. Yanardağ haqqında çox eşitmişdim. Amma buranı ziyarət etmək imkanım olmamışdı. İstirahət gününün verdiyi fürsətdən istifadə edib çoxdandır marağında olduğum Yanardağa getdim. Gördüklərimi danışmamışdan əvvəl istərdim Yanaradağın tarixi haqqında sizlərə məlumat verim.
Yanardağ Abşeron yarımadasının Məhəmmədi kəndi ərazisində yerləşir. Bakıdan 27 km uzaqlıqda yerləşir. Yanardağın yuxarı ərazisinin hündürlüyü 116 metrdir. Bura Abşeronun ən hündür zirvəsi hesab olunur və dəniz səviyyəsindən 86 metr hündürlükdədir.
Yanardağ dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir. Bu təbiət abidəsinin qorunması məqsədilə Yanardağın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir. Dağda alovu yaradan maddə metan qazı ilə kükürdün qarışığıdır. Sözügedən maddə istifadə üçün yararsızdır və onu qapalı məkanda yandırmaq qeyri-mümkündür. Belə qazın yanması yalnız açıq havada baş verir. Bağlı məkanda isə partlayış yaradır.
Yanardağla bağlı çoxlu əfsanələr var. Deyirlər ki, dağ şimşək nəticəsində yanmağa başlayıb. Tarixi bilinməyən bu təbiət möcüzəsini bu günə kimi nə yağış, nə qar, nə də çovğun söndürə bilib. Şahidlərin dediyinə görə, əvvəllər alovun hündürlüyü 10-15 metrə çatırmış. Onu da deyirlər ki, əvvəllər Yanardağın əks istiqamətində yanan üç təpə olub, indi isə həmin təpələr sönüb. Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanar dağın mövcudluğuna istinadən qəbul edilib.
Kassaya yaxınlaşıb öncə bilet alıram. Bilet yerli ziarətçilər üçün 2 manat, xaricliər üçün 9 manatdır. Tələbələr tələbə biletin təqdim etməklə bir manata ala bilərlər. Qoruq 18 yaşına qədər uşaqlar, Milli qəhrəmanlar, I və II qrup əlillər və müharibə veteranları üçün pulsuzdur. Biletimi alıb qoruğa daxil oluram. Bir az getdikdən sonra qarşımda möhtəşəm mənzərə açılır - yanan bir dağ. Alovun ətrafında çoxlu turistlər var. Onların bu təbiət möcüzəsinə necə heyrətlə baxdıqları gözlərindən oxunur. Xarici turistlər arasında xüsusilə İrandan və Hindistandan gələn turistlər üstünlük təşkil edir. Bunun da xüsusi səbəbi var. Yanardağ dünya atəşpərəstlərinin müqəddəs məkanlarındandır. Alov atəşpərəstlər üçün müqəddəs sayılır. Yuxarıda adını çəkdiyim ölkələrdə isə atəşpərəstlər kifayət qədərdir.
Havanın soyuq olması belə turistlərin bura gəlməsinə mane ola bilməyib. Sözsüz ki, qoruğun ən maraqlı yeri yanan torpaqdır. Qoruqda bundan başqa da maraqlı yerlər var. Yanardağ muzeyi öz qədim eksponatları ilə diqqətimi cəlb etdi. Muzeydə maraqlı 3D var. Burada müasir texnologiyanın köməyi ilə divarın qarşısına keçən istənilən insan alov dilləri şəklində öz əksini müşahidə edə bilər. Qoruqda açıq havada Daş muzeyi də fəaliyyət göstərir. Muzeydə qədimdə yerli əhali tərəfindən istifadə edilmiş daşlar var. Orada uşaq oyun meydançası, kafe və suvenir mağazası fəaliyyət göstərir. Suvenir mağazasındakı bütün suvenirlər əl işidir. Turistlər ölkələrinə aparmaq üçün buradan müxtəlif suvenirlər alırlar.
Bura "Koroğlu" metro stansiyasının yaxınlığından 217 saylı avtobusla getmək olar.
Artıq hava qaralmağa başlayır və mən qoruqdan xoş təəssüratlarla ayrılıram.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama





