Cəmiyyət

Azərbaycan XİN Avstraliyaya başsağlığı verdi

7 Yanvar 2020 18:03
0 Şərh     Baxış: 689
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstraliyaya başsağlığı verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilir.

Paylaşımda deyilir:

"Avstraliyada yanğınlarda həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixində ən güclü yanğınlara qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi ifadə edir və onlarla həmrəy olduğumuzu bildiririk".

Xatırladaq ki, Avstraliyanın cənub-şərqindəki meşə yanğınında ölənlərin sayı 25-ə çatıb.

Hazırda ştatda 136 meşə yanğını qeydə alınıb, onlardan 69-u hələ də lokallaşdırılmamış qalır. Yanğına qarşı 2,5 mindən çox yanğınsöndürən və yüzlərlə xüsusi texnika, o cümlədən 90 ağır təyyarə mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.