Cəmiyyət

Nərminin nənəsinin fəryadı ürək dağladı: "Mənim balamı yandıranı tapın"

7 Yanvar 2020 15:49
7 Şərh     Baxış: 6 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mən xahiş edirəm mənim balamı yandıranı, mənim düşmənimi tapın.

Milli.Az xəbər verir ki, bu fikirləri öldürülən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova baku.ws-ə bildirib.

"Nəvəmin üstünə benzin töküb, yandırıb. Yaxınlıqda bir kənara tullayıblar. Bu işə baxanlardan xahiş edirəm, mənim balamı yandıranı tapın", - Minayə İsmayılova bildirib.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Tovuz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.