Cəmiyyət

Corc Qafarov: "Anama görə yox, özümə görə seçilmişəm"

24 Dekabr 2019 13:06
13 Şərh     Baxış: 8 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərlinin oğlu 23 Dekabr - Bələdiyyə seçkilərində Qaraçuxur Bələdiyyəsinə üzv seçilib.
 
Corc Qafarov bu və digər məsələlərlə bağlı azxeber.com-a açıqlama verib.

- Corc ilk olaraq, bələdiyyə seçkilərində qalib gəldiyinizə görə sizi təbrik edirik. İstərdik ki, özünüz haqda məlumat verərdiz...

- Mən Corc Qafarov, aktyoram. Qaraçuxurda yaşayıram, bələdiyyəyə namizəd oldum və qalib gəldim.
 
- Sizin qələbəniz sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəziləri iddia edir ki, ananız Roza Zərgərliyə görə qalıb gəlmisiz...

- Bunlar hamısı boş sözlərdi, anam bu məsələdə kənarda idi. Ona görə yox, özümə görə seçilmişəm. Hər deyilən sözə inanmayın.

- Dediz ki, aktyorsuz. Bələdiyyə ictimai-siyasi fəaliyyətdir. Bundan sonra hansı sahədə fəaliyyətiniz davam edəcəksiz?

- Bu haqda danışmaq tezdir. Zaman hər şeyi göstərəcək.
 
- Sizin rəqiblərdən biri tanınmış bloqqer Mehman Hüseynov idi. Ancaq qaliblərin siyahısında onun yox, sizin adınız var. Bu, sizin üçün sürpriz oldu?

- Bu seçkidir, qalib gələn də olur, məğlub olan da. Acığı deyim qalib gəlməyim mənim üçün də sürpriz oldu. Bu nəticəni gözləmirdim.
 
- Sosial şəbəkələrdə sizi tənqid edənlər də var. Onlara nə demək istərdiz?

- Onlara, sadəcə olaraq, demək istəyirəm ki, mənim həyatımı araşdırsınlar. Mən pis insan deyiləm. Məncə, bu kifayətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.