Cəmiyyət

Daha bir magistral su xəttində qəza baş verib

23 Dekabr 2019 22:40
1 Şərh     Baxış: 4 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha bir magistral su xəttində qəza baş verib.

Milli.Az bildirir ki, "Azərsu" ASC-dən Trend-ə verilən məlumata görə, Ceyranbatan-Binəqədi magistral kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Abşeron (Ceyranbatan, Saray, Masazır qəsəbələrinin bir hissəsi) və Binəqədi (Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsi) rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılmışdır.

"Azərsu" ASC-nin mütəxəssisləri və qəza briqadaları hadisə yerindədir, qəzanın aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.