Cəmiyyət

Həsən Əliyev küçəsində iki avtomobil toqquşub, qəza törədən sürücü ərazidən yayınıb - FOTO

21 Dekabr 2019 08:33
0 Şərh     Baxış: 2 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Həsən Əliyev küçəsində qeydə alınıb.

H.Əliyev küçəsində tuneldə yüksək sürətlə hərəkətdə olan "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış "Hyundai" markalı avtomobilə çırpılıb. Hadisəni törədən "BMW" markalı avtomobilin sürücüsü (şəxsiyyəti araşdırılır) ərazidən yayınıb. Yol qəzası nəticəsində, həmçinin bir nəfər xəsarət alıb.

Zərbənin gücündən avtomobilin yanacağı yola dağılıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin briqadası və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.