Cəmiyyət

Ata ögey ana ilə birgə azyaşlı övladlarına dəhşətli işgəncələr verdi - Azərbaycanda ŞOK HADİSƏ

8 Dekabr 2019 22:09
14 Şərh     Baxış: 4 102

"Atamla Nuranə yemək yeyəndə qaqamla məni üzü divarda tək ayaqüstə - üzü divara saxlayırdılar. Bir dəfə onlar kabab yeyirdilər Hüseyn dedi ki- mən də kabab istəyirəm, - Nuranə şişi qızdırıb qaqamın belinə və boynuna vurdu..." - azyaşlı Qulu danışır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri, qardaşı ilə birgə öz atası və ögey anası tərəfindən dəhşətli işgəncələrə məruz qalmış Qulu deyir. Jurnalist Elgün Gəncimsoy öz "facebook" səhifəsində bu dəhşətli hadisəni işıqlandırıb və uşaqların məruz qaldığı işgəncələrin fotolarını paylaşıb.

Həmin postu və fotoları təqdim edirik:

Gördüyünüz bu uşaqların birinin adı Quludur digərininsə Hüseyn... Onlar körpə ikən anaları vəfat edib. Himayəsində qaldığı ataları Ağcabədi rayon sakini Xəqani Kazımov Nuranə adlı qadınla ailə qurub. Bu bu evlilik Nuranənin həyatınıda üçüncü "hadisə" olsa da onun heç bir ərindən uşağı olmayıb.

"Axşam atam evə gec gəlirdi. O dəmir oğurlayıb satır. Biz Nuranənin qorxusundan dinməzcə küncdə dayanırdıq. Nuranə çay içəndə qardaşım Qulu susuz olduğu üçün onun ağzına baxdı. O da isti çayı Hüseynin üzünə atıb qaqamın üzün yandırdı. Sonra da məni qaz dəmiri ilə döydü... " - deyir , balaca Hüseyn...

Ağcabədi rayon Aşağı Qiyamədinli kənd sakini Qulu kişi nəvələrinə verilən işgəncələrdən çox gec xəbər tutur. Baş verənlərə dəfələrlə şahidlik edir, şəkil çəkir, hüquq mühafizə orqanlarına müraciət edir. Amma cavab ürəkaçan olmur:

"Qızım qaraciyər serrozudan əziyyət çəkirdi. Digər qızım ciyərinin bir hissəsinin bacısına köçürülməsi üçün həkimlərə müraciət elədi. Amma Azərbaycan həkimləri bu əməliyyat üçün bizdən 170 000 manat pul istədilər. Türkiyədəki xəstəxanalərla əlaqə saxladıq. Onlar 120 000 istədilər. İmkanım çatmadı qızımı yaşatmağa. O dünyasını dəyişdi... Biri bir yaş yeddi aylıq digəri isə iki yaş yeddi aylıq olan nəvələrim atalarının himayəsində qaldı. Onlar Bakıda Zabrat qəsəbəsində yaşayırdılar. Övladımın qoxusunu aldığım nəvələrimi yoxlamağa gedəndə hər dəfə bir işgəncə izi ilə rastlaşdım. Yeznəmə uşaq kimi yalvardım ki bu körpələri incitməsin. Amma xeyiri olmadı. O qızımdan sonra ailə qurduğu Nuranə adlı qadınla birləşib yetim körpələrə olmazın işgəncəsin ediblər. Qolun qılıncın sındırıblar. Bunu polis bölməsin deyə ara həkiminə müraciət ediblər. O da əlli manat alıb tədavi edib. Yazıq yetimlərı boğazından və ayağından asıblar... Dağ çəkiblər... Berlində siqaret söndürüblər... Barmağın qaynar suya salıblar..." - deyib , ağlayır Qulu kişi.

"Nuranə qaqamı ayağından asdığını atama dedim. Atam da məni məftilnən boğazımdan aşıb Nuranəyə dedi ki bizi döysün. Nuranə də durbaynan bizi döydü. Sonra ipdən düşürüb əllərinizi stolun üstünə qoyub çoxlu vurdular. Qardaşım bərkdən qışqırdı. Bizi ördəklər olan hinə saldılar. Hər gecə orda qaldıq. Qaqamın əli şişmişdi. Mən Nuraniyə qaqamın əlin göstərəndə o mənim əlimi isti çaydana salıb yandırdı. Sonra da sulux olan əlimi iyənəldi..." , Deyir - balaca Qulu...

"Qaqam düz deyir. Bir dəfə ördək hinindən gəlib dedim ki qardaşıma çörək versin. O bizi yan-yana qoyub ikimizin də boğazına acı istiot tökdü. Sonra da üstümüzə soyoq su səpib çölə çıxardı. Qapını da bağladı..." -deyir, balaca Hüseyn.

Vəziyyətdən xəbər tutartumaz dərhal ailənin ünvanına yollandım. Bizi evdə görən hər iki körpə babaları Qulu kişinin ayaqlarına sarmaşdılar. Yetimlər elə zənn etdilər ki biz onları babasından alıb işgəncə gördükləri ata evinə aparacağıq. Çox çətinliklə könüllərin aldıq balaca "qəhrəmanların"... Ailənin tək ümidi Azərbaycan ədliyyəsinin mərhəmətinə sığınmağa qalıb. Yalnız onların - Sabunçu rayon məhkəməsinin qərarı ilə uşaq atalarından alınıb babalarının himayəsinə verilə bilər. Məhkəmə iclasının vaxtı isə hələ məlum deyil...

"Məsələ ilə bağlı Zaur Baxşəliyevin verilişinə üz tutduq. Xoşqədəm Hidayətqızının verlişinə getdik. Ön günlərlə qapıda qaldıq. Hər ikisində bizdən pul istədilər. Sonuncu dəfə Xoşqədəmin verilişinə çıxmaq üçün qızımdan 600 manat istədilər. Pulumuz olmadığı üçün verə bilmədik. Mən Dövlətimizin qanunlarına və onun rəhbərinə güvənirəm. Bu körpələri işgəncədən xilas etsinlər. Onların bizdən başqa heç kimi yoxdur..." -deyir , Qulu kişi...

Ümid edirəm Xocalı faciəsində əsir düşən azərbaycanlı uşaqlarla eyni taleyi yaşayan köməksiz körpələrin səsinə səs verən tapılar. Baş verənlərlə bağlı lazımi ölçü götürülər...

Qeyd: İşgəncələri təstiq edən fotolar şərh bölməsində paylaşılacaq. Bütün mətbuat orqanları dərc edə bilər.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Dekabr 2019 22:35480

    Dehsete geldimmm dehsettttt Deyek ki,ana ögeydi bes bu cindir ata niye bu usaqlara isgence verib yetimin ahi ele olur ki, dehsettt olacağ İnsallah Qandonduram bir meqale sanki ermeni edib bunu Xocalidankindan ferqi yoxduuu.Allah bəlanizi versin Allah sizi tezliknen cehenneme vasil etsin.

    Cavab yaz
  • Anonim
    ... · 8 Dekabr 2019 23:2091

    Off caan .Hani haqq hani edalet.Allah yetimleri uzenleri cehennemde yandiracaq Insallah

    Cavab yaz
  • Anonim
    Miris · 8 Dekabr 2019 23:24100

    Cox tessuf elimden aglamagdan basqa hecne gelmir .Dua edek Allah yardimcisi olsun

    Cavab yaz
  • Anonim
    A....l · 8 Dekabr 2019 23:2950

    Allah balalarini versin...vicdansız insanların...sözdə tapıb yaza bilmirəm

    Cavab yaz
  • Anonim
    Melek b · 8 Dekabr 2019 23:3980

    Aman Allah dunyada nece insanlar var.insan demek olarsa..yaziq usaqlar.belelerinin Allah cezasin versin.((

    Cavab yaz
  • Anonim
    Nina · 8 Dekabr 2019 23:3960

    Allah bəlaslnı versin

    Cavab yaz
  • Anonim
    Yusif · 9 Dekabr 2019 00:0760

    Allah sizi elsiz ayaqsiz zelil edib o uşaqlara möhtac etsin İnşaallah.....Allah size zülm vererek caninizi alsin....murdar yaratiqlar

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 9 Dekabr 2019 00:4940

    ALLAH heç bir övladı ata-anasız qoymasın...AMİN...Yazıq uşaqlar...mənə çox pis təsir etdi...

    Cavab yaz
  • Anonim
    Sema · 9 Dekabr 2019 00:5840

    Psixi xestelerdir ikisi de. Manyak daha nece olur. Sadist manyaklar, gucsuz ushaqcun ejdahadilar. Turkiyede belesi vardi tutub basdilar iceri. Girek bunlari neyneyecekler

    Cavab yaz
  • Anonim
    Uzaq · 9 Dekabr 2019 03:1720

    Bu xəbərin başlığı da ermənilər Bakıda olmalıydı(( Yutubda gözləri görməyən bir kişinin videosunu izləyərkən, yadıma illər əvvəl getdiyim uşaq evindəki gözdən, əldən,ayaqdan əlil 6-7 yaşlı o zavallı qız uşağı düşdü ((onu qucaqlayanda belimi,əlimi elə möhkəm tutmuşdu,məni heç buraxmırdı,çox sarsılmışdım(( Yenə ürəyimdə biçaq sancılmış kimi ağrı hiss etdim,əllərimlə üzümü örtüb gizlicə hönkürdüm,Allahım niyə ?dedim.Yad bir uşaq üçün ürək ağrısından bu qədər qıvrılırkən,doğma ata,ögey də olsa ana adını daşıyan qadın necə bu qədər acımasız,ruhsuz,vicdansız ola bilir? Niyə cəzasız qalırlar həm Uca yaradan həm dövlət tərəfindən?Onların qaynayan yağ qazanlarında diri diri bişməsini seyr etmək istərdim,bütün uşaqları incidən zalımların((

    Cavab yaz
  • Anonim
    arzu. · 9 Dekabr 2019 07:5840

    onlarin ozlerine uwaqlara verdikleri iwgenceni vermek lazimdir. sonrada omurluk hebs ozde iwgence vere vere. qoy bilsierki iwgence nece olur.

    Cavab yaz
  • Anonim
    Meyra · 9 Dekabr 2019 10:5020

    Günahsız körpələr vəhşiləşmiş məxluq ların əlində əzablar içində.görəsən daha nə qədər köməksiz qocalar körpələr var bağlı qapılar arxasında bu hələüzə çıxanlardı adamın qanı donur bu zülmü Allah necə götürür.

    Cavab yaz
  • Anonim
    Sako · 9 Dekabr 2019 13:4100

    O " valideynler " en agir cezaya layiqdiler . Camaatin gozu qarsisinda cezalanmalidilar. O usaqin atilan dirnagi ucun gezenler var . Allah belalarini versin . Amin

    Cavab yaz
  • Anonim
    N · 9 Dekabr 2019 22:3200

    Allah her iki dunyada belalarini versin InshAllah

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.