Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində - Rövşən Abdullaoğlu Antarktidada - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bestseller kitablar müəllifi, həmçinin dünyanın ən az ziyarətçisi olan yerlərinə səfərləri ilə daim öz oxucularını təəccübləndirən yazıçı Rövşən Abdullaoğlu bu dəfə yaşayış olmayan buzlar ölkəsinə - Antarktidaya yola düşüb.
Fiziki hazırlıqla yanaşı böyük maddi vəsait tələb edən bu səfərin "EGE hospital"ın sponsorluğu ilə reallaşdığını açıqlayan Rövşən Abdullaoğlu gələcəkdə bu tibb müəssisəsi ilə birlikdə başqa maraqlı layihələr həyata keçirəcəklərini də bildirib. Noyabrın 21-də yola çıxmış yazıçının öz rəsmi sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, o, artıq Antarktidadadır.
Səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya milli parklarını da ziyarət edib. Ümumi ərazisi 2800 kv.km olan, bir zamanlar tamamilə yaşıllıqlarla, çaylar və sıx meşəliklərlə örtülmüş Talampaya vadisi müxtəlif dinozavrların məskəni olub. Hazırda isə bu vadi hündürlüyü 145 metrə qədər olan qayalıqlardan, daşlıqlardan ibarət susuz, quraq bir səhradır. Milli parkın nəzdində olan muzeylərdə yaşı 300 milyon il əvvələ gedib çıxan çox qiymətli arxeoloji və paleontolji qazıntılar, milyonlarla il əvvəl yaşamış dinozavr qalıqları saxlanılır. Xatırladaq ki, hər iki milli park YUNESKO-nun Dünya İrs siyahısına daxil edilib.
Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni 3 km, hündürlüyü 80 metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə, cənub yarımkürəsinin ən cənub şəhərinə - "dünyanın sonu" adı ilə məşhur olan Uşuayaya yola düşüb. Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.
Xatırladaq ki, Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları fəaliyyət göstərir. Yer kürəsində öz ibtidai təbiətini qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada təbii mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər. Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir.
Deyirlər, Antarktidaya səfər edənlərin bir şüarı olur: ˝Antarktidadan özünüzlə şəkildən, xoş təəssüratlardan, şirin xatirələrdən və gözəl əhval-ruhiyyədən başqa heç nə götürməyin". Biz də yazıçımıza bu maraqlı və təhlükəli səfərdə uğurlar diləyir, gözəl təəssürat və maraqlı məlumatlarla vətənə geri dönməsini arzu edirik.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
XƏBƏR LENTİ
-
Günəşdə güclü enerji partlayışı baş verib
-
İçərişəhərdə El Calor en Baku Beynəlxalq Tanqo Festivalı və Argentina Mədəniyyəti Həftəsinin möhtəşəm açılışı keçirilib - FOTO
-
Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur
-
ABŞ-İran danışıqları başlayıb - Yenilənib
-
Dübəndidə dəniz sahilinin neftlə çirklənməsinin səbəbi açıqlanıb
-
Ceyms Berrouz vəfat etdi
-
Abşeron çimərliklərində sabahkı hava açıqlandı
-
Mundialla vidalaşacaq üçüncü komanda müəyyənləşdi
-
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsidir
-
“Krımdan hücumlar artıq effektiv deyil” - Ukrayna PUA komandanı
-
Bakının bir sıra rayonlarında su verilişində 2–3 saatlıq fasilələr olacaq
-
FHN əhaliyə müraciət etdi: Küləkli havada dənizə girməyin
-
Azərbaycan boksçusu Çində qızıl medal qazandı
-
Mingəçevirdə yol qəzası: 2 nəfər xəsarət alıb
-
Ayın 22-də ölkədə qısamüddətli yağış və külək gözlənilir - Proqnoz
-
Antarktidada gözlənilməz seysmik aktivlik: 510 zəlzələ aşkarlandı
-
Mingəçevirdə mağazada yanğın oldu - (Foto)
-
1 qəpiyə satılan həmin yumurtalar barədə iddialar yayıldı - (Video)
-
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib - (Foto)
-
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib
-
Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb
-
Kerç bərə keçidində daşımalar müvəqqəti dayandırıldı
-
Bakıda güclü külək, dağlıq ərazilərdə duman müşahidə edilir
-
KDR-də Ebola epidemiyası: 956 yoluxma, 247 ölüm





