Cəmiyyət

Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar - PROQNOZ

6 Dekabr 2019 08:26
3 Şərh     Baxış: 3 953

Azərbaycanda son 48 il əzində qadınlar və kişilər arasında gözlənilən ömür uzunluğu göstəricisi artaraq ən yüksək həddə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1970-ci ildə Azərbaycanda qadınlar arasında doğulanda gözlənilən ömür uzunluğu göstəricisi 74,3 yaş olduğu halda, 2018-ci ildə bu göstərici 78,2-ə yüksəlib.

2018-ci ildə kişilər arasında gözlənilən ömür uzunluğu 1970-ci ildəki 66,8 yaş səviyyəsindən 73,3-ə çatıb. Ümumilikdə 2018-ci ildə əhali üçün gözlənilən ömür uzunluğu 75,8 yaş olub.

Azərbaycanda 2018-ci ildə doğulanlar üçün ən böyük ömür uzunluğunun Yuxarı Qarabağ iqtisadi rayonu üzrə olacağı gözlənilir. Həmin rayon üzrə ömür uzunluğu göstəricisi ölkə üzrə gözlənilən ömür uzunluğundan daha yüksəkdir. Bu iqtisadi rayonunun qadın əhalisi üçün ömür uzunluğunun 83,6 yaş, kişilər üçün 77,7 olacağı gözlənilir.

Adətən, uzunömürlülərin sayının çox qeydə alındığı Lәnkәran iqtisadi rayonunda qadınlar üçün gözlənilən ömür uzunluğu göstəricisi 77,5 yaş, kişilər üçün 73 yaş müəyyən edilib.

Bakı şəhəri üzrə isə qadınlar üçün gözlənilən ömür uzunluğu 78,1 yaş, kişilər üçün 74,1 yaş hesablanıb.

Ötən ilin məlumatlarına görə, Azərbaycanda əhali arasında sağlam ömür uzunluğu da çoxalıb.

2018-ci ildə qadınlar arasında sağlam ömür uzunluğu 68,1 yaşa, kişilər arasında 62,6-ə yüksəlib.

Ölkədə 60 yaşda әhalinin gözlәnilәn ömür uzunluğu da artıb. 2000-ci ildə 60 yaşda əhali üçün gözlənilən ömür uzunluğu qadınlar üçün 19,2 yaş, kişilər üçün 16,7 yaş olub.

2018-ci ildə isə bu göstərici qadınlar üçün 21,3 yaş, kişilər üçün 18,8 yaş olub.

Qeyd edək ki,doğulanda gözlәnilәn ömür uzunluğu (0 yaş üçün) doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.

Dünya üzrə müqayisə edilərsə, ən yüksək ömür uzunluğu 84,2 yaş (2016-cı ilin məlumatı) olmaqla Yaponiyadadır. İsveçrə (83,3 yaş - 2016-cı ilin məlumatı), İspaniya ( 83,1 yaş - 2016-cı ilin məlumatı), Avstraliya və Fransa (82,9 yaş - 2016-cı ilin məlumatı), İtaliya və Kanada (82,8 yaş - 2016-cı ilin məlumatı), Koreya (82,7 yaş - 2016-cı ilin məlumatı), Avstriyada (81,9 yaş - 2016-cı ilin məlumatı) yüksək ömür uzunluğu olan ölkələr sırasındadır.

Azərbaycanla qonşu olan Rusiyada əhali üçün gözlənilən ömür uzunluğu 72,7 yaş (2017-ci ilin məlumatı), Türkiyədə 76,4 yaş (2016-cı ilin məlumatı), Ermənistanda 75,4 yaş (2017-ci ilin məlumatı) olub.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    . · 6 Dekabr 2019 15:5570

    And iciblerki cox yasayacayiq?

    Cavab yaz
  • Anonim
    Alimardan · 6 Dekabr 2019 21:4230

    ayib olsun, statistika Komitəsinə. əyər en uzunömürlü Garabag ehslidirse, demek isteyirsizki ermeniler bizden cox yasayacaglar, ay yasadilar ha.

    Cavab yaz
  • Anonim
    ... · 8 Dekabr 2019 08:4100

    Pensiya yasin qaldirin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.