Cəmiyyət

Nizami Gəncəvinin türk dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı keçiriləcək

5 Dekabr 2019 08:23
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, cari ildə layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") "Xəmsə"sinin türk dilində nəşri başa çatdırılıb.

Tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə dekabrın 6-sı, saat 12:00-da Azərbaycan Milli Kitabxanasında "Xəmsə"nin təqdimat mərasimi baş tutacaq.

Qeyd edək ki, şair-tərcüməçi Yurtseven Şenin tərcüməsində "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən nəşr olunan kitabların ilk növbədə Türkiyədəki elmi kütləvi kitabxanaların, ali təhsil ocaqlarının və s. aidiyyəti qurumların kitab fonduna daxil edilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.