Dekabr ayının mədəniyyət “Afişa”sı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər ayı müxtəlif sənət layihələri, festival və sərgilər, konsert proqramları və yeni tamaşalarla bol olan paytaxtın mədəni həyatında 2019-cu ilin son ayı gəlib çatdı. Dekabr ayında da şəhərin teatr-konsert müəssisələrinin afişa-repertuarları tədbir və təqdimatlar sarıdan çox zəngindir. Üstəlik, həmişəki kimi, Bakı yenə qonaq-qaralı olacaq.
Bu ay İspaniyadan və Macarıstandan pianoçular Senya Son və Tamaş Erdi, Belçikadan violin ifaçısı Mark Buşko, Türkiyənin caz vokalçısı Sibel Köse və digər məşhurlar konsert zallarımızda çıxış edəcək. "Azərbaycan vokalçıları" festivalı ayın konsert proqramlarına əlavə rəng qatacaq. "Rusiya Teatrı ili" çərçivəsində "Sankt-Peterburq Opera" teatrı paytaxtımıza qastrol səfərinə gələcək. Akademik Rus Dram, Gənc Tamaşaçılar teatrları hərəsi dekabrda iki premyera planlaşdırıb. Yuğ teatrı bu ay (3 dekabr) 30 illiyini qeyd edir. Akademik Milli Dram və digər teatrlar noyabrın sonlarında "Cəfər Cabbarlı həftəsi"ndə premyerasını etdikləri tamaşaları bu ay da sənətsevərlərə təqdim edəcəklər. Heydər Əliyev Sarayında Nəsiminin 650 illiyi münasibətilə F.Əlizadənin "Nəsimi passion" vokal-xoreoqrafik tamaşasının nümayişi nəzərdə tutulub. Ayın son həftəsi isə ənənəvi olaraq mədəniyyət ocaqlarında Yeni il şənlikləri - tamaşa və konsertlərlə yadda qalacaq.
Bir sözlə, dekabr ayının mədəniyyət mənzərəsi olduqca rəngarəngdir və uşaqdan böyüyə hər kəsin marağına uyğun geniş seçim imkanları var. "Mədəniyyət" qəzetinin "Afişa" əlavəsi isə sizlərə bu işdə bələdçilik edə bilər.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hər ay nəşr olunan "Mədəniyyət+Afişa" mədəniyyət ocaqlarında pulsuz yayılır, həmçinin "ASAN Xidmət"in dəstəyi ilə vətəndaşlara təqdim edilir.
"Afişa" əlavəsinin dekabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının, eləcə də Şuşa Dövlət Musiqili Dram Teatrının göstərəcəyi tamaşalar barədə ətraflı məlumat almaq mümkündür. Bundan əlavə, ay ərzində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı və Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim olunacaq konsertlər də diqqətə çatdırılır. Nizami Kino Mərkəzində ekrana çıxan filmlər, yaxud Bakı Dövlət Sirkindəki yeni proqram barədə məlumat almaq istəyənlər də nəşrdən yararlana bilərlər. Teatrların ayılıq afişası ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti, həmçinin konsertlər, sərgilər və s. haqqında təqdimat yazıları, anons-informasiyalar da verilib.
Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan nəşrdə hər kəs zövqünə, maraq dairəsinə uyğun məkanı, istədiyi günə, saata uyğun mədəni tədbiri seçərək vaxtını səmərəli dəyərləndirə bilər.
Qeyd edək ki, "Afişa" əlavəsinin yeni sayı 30 noyabr tarixindən etibarən paytaxtdakı 1, 3 saylı "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində, eləcə də teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Nəşrin yeni buraxılışını Azərbaycan Milli Kitabxanası, Respublika Gənclər Kitabxanası və Respublika Uşaq Kitabxanasının oxucuları, şəhərdəki muzeylərin ziyarətçiləri, habelə ali bədii təhsil ocaqlarında müəllim və tələbələr əldə də edə bilərlər.
Layihənin məqsədi ictimaiyyəti paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkilində onlara informasiya dəstəyi verməkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)





