Cəmiyyət

Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı PROQNOZ

20 Oktyabr 2019 08:17
1 Şərh     Baxış: 6 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn il Azərbaycanda manatın ABŞ dollarına məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Bu layihələrə əsasən, ötən ildə olduğu kimi məzənnə dayanıqlılığının təmin olunması və istehlak qiymətlərinin indeksinin (inflyasiya) təkrəqəmli səviyyədə saxlanılmasına nail olunub. Bu əsasda 2019-cu ilin yanvar-avqust ayları ərzində manatın ABŞ dollarına nisbətdə məzənnəsi 1.7 AZN, inflyasiya isə 2,6 faiz təşkil edib.

Bütövlükdə, tədiyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Buna görə də 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1,7 səviyyəsində olması proqnozlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.