Cəmiyyət

Tərtərin cəbhə kəndində üçəm oğlan uşaqları doğuldu

15 Sentyabr 2019 20:53
7 Şərh     Baxış: 3 481

Tərtər rayonunun cəbhə kəndində yaşayan gənc ananın 3 övladı dünyaya gəlib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində yaşayan Vasif Allahverdiyevin ailəsində dünyaya gəlmiş körpələrin hər üçü oğlandır. Onlar Bakı şəhərində yerləşən xəstəxanalarının birinin doğum şöbəsində bir neçə dəqiqə fasilə ilə doğulub.

Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 1994-ci il təvəllüdlü Gülər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir. Onlar hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Qeyd edək ki, üçəmdən əvvəl gənc ailənin bir oğlan övladı da var.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    BK · 15 Sentyabr 21:27230

    Ay masallah Allah qorusun bexti gozel balalardan olsunlar insallah

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 15 Sentyabr 21:43100

    Uşşşşşşşş şirincelerrrr Allah qorusunnnn Amin !

    Cavab yaz
  • Anonim
    He · 15 Sentyabr 22:40110

    Ay Masallah

    Cavab yaz
  • Anonim
    she · 15 Sentyabr 22:5280

    ay masallah

    Cavab yaz
  • Anonim
    AFAQ · 16 Sentyabr 08:5320

    bir gülləyə üç dovşan--maşallah sağlam böyüsünlər

    Cavab yaz
  • Anonim
    Xeyale · 16 Sentyabr 09:0420

    Allah olmayanlara versin ...

    Cavab yaz
  • Anonim
    _.sadixhov · 17 Sentyabr 14:4900

    Allah saxlasın olmayanlara qismet

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.