Cəmiyyət

Xaricdə təhsil üçün daha bir imkan

13 Aprel 2010 19:58
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin ən böyük təhsil sərgiləri təşkilatçısı olan "Akare International Education Fairs" Azərbaycanda Türkiyə, Avstraliya və Avropanın bir sıra ölkələrində təhsil almaq imkanı yaradan sərgi təşkil edəcək.

Təşkilatçı qurumdan Milli.Az-a verilən xəbərə görə, sərgidə dünyanın bir sıra ölkələrinin nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri iştirak edəcəklər. Xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları ilə maraqlanan gənclər aprelin 22-də "Hyatt Regency" otelində keçiriləcək sərgiyə gələ bilərlər.

Təhsil müəssisələrinin nümayəndələri sərgiyə gələn hər kəsə, onların təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər,  ölkələrinin təhsil sistemləri və sair barədə ətraflı məlumat verəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.