Cəmiyyət

Günün qoroskopu: Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayı

11 Oktyabr 2019 00:01
15 Şərh     Baxış: 6 386

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.

Buğa - uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.

Əkizlər - gün qarşınızda çətin məsələlər qoyur. Bu problemlərin öhdəsindən uğurla gələ bilərsiniz. İntellektual səviyyəniz yüksəkdir. Yaddaşınız sizi aldatmayacaq. Diqqətə layiq məsələləri unutmayın, qulaqardına vurmayın. Bilik və təcrübə əldə edilməsində aktiv olun. Problemlərin həllinə yaradıcı yanaşın. Qarşınızda geniş imkanlar yaranır. 
Yeni tərəfdaş və ya müttəfiq qazana bilərsiniz.

Xərçəng - mahiyyət etibarilə pis deyil və saatlarınızı xoş keçirə bilərsiniz. Qarşınıza çətin, əldə edilməsi məşəqqətli hədəflər qoymayın. Cari işlərlə, situativ zərurətlərlə kifayətlənin. Gərəkli istiqamətdə addım-addım irəliləyin. Bu gün sizə yardım edəcək insanlar hələ uzun müddət yardımçı və müttəfiqiniz kimi qalacaq. 
İntuisiyanız yüksək səviyyədə olacaq. Ondan yararlanın. Əlverişli məqamdan istifadə edərək maraqlı tanışlığa nail ola bilərsiniz.

Şir - gündəlik yaşamınızda yeniliklər və dəyişikliklər barədə düşünün. Şəraitin formasına nəzər salın. Yeni işə başlamaq olar. Amma potensial və imkanlarınızı dəyərləndirəndə səhvə yol verməyin. Həddən artıq ağır iş və ya genişmiqyaslı layihə sizdə ifrat yorğunluq yarada bilər.
Günün ikinci yarısında yaxınlarınız sizə dürüst məsləhətlər verəcək, mənasız və absurd ideyaların illüzorr olduğunu göstərməyə çalışacaqlar. Axşam saatlarını əzizlərinizlə ünsiyyətə həsr edin.

Qız - bütün işləri qısa zamanda həll etmək istəyi məntiq və situasiyanın şərtlərinə zidd olmaqla yanaşı, çox qeyri-effektiv qərar ola bilər. Bununla yanaşı, rasional davranışınız və qənaətcilliyinizi bəziləri bəyənməyə bilər. Qıcıqlanan insanlara fikir verməyin. 
Günün ikinci yarısında vəziyyətdən faydalanmaq imkanlarınız var. Ətrafınızdakı insanların bəziləri inciyə bilər. 
Axşam saatlarında bəzi şəxslər sizə xoş olmayan mövzuda söhbətə başlayacaqlar. Enerji səviyyənizin aşağı olması aktiv hərəkətlərə imkan vermir.

Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin. 
Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın.
Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.

Əqrəb - günün ilk yarısında emosiyalarınıza nəzarət edin. Yaxın ətrafınızdakı insanları təxribata çəkməyin, qıcıqlandırmayın. Təmkinli davranın. Soyuqqanlı və məntiqli olsanız, yaranan problemləri həll edə bilərsiniz. 
Günün ikinci yarısında situasiyada nizam artacaq. Fiziki və emosional baxımdan özünüzü daha yaxşı hiss edəcəksiniz.
Çoxdan başa vurmaq istədiyiniz işə qayıtmaq olar.
Yaxınlarınızın yardımlarından imtina etməyin. Onlar qayğınıza və səmimi hisslərinizə bel bağlayırlar.

Oxatan - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun. Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni ertələyin. 
Günün ikinci yarısında ifrat yorğunluq hissi yaranmasın deyə emosional olmayın, bütün hədəflərə çatmağa can atmayın. Bütün diqqəti bir işə yönəldin.

Oğlaq - günün ilk yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi arayın. 
Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün əlverişli imkanlar arayın.
Situasiyanı nəzərə alın. Belədə ailə üzvlərinizin yaxın gələcəklə bağlı nigaranlıqları yaranmaz. Axşam saatlarını sevdiyiniz insanla gəzintiyə həsr edin.

Dolça - Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayın. Ən kiçik maneələrdən depressiyaya qapılmayın. Xırda çətinliklər əhvalınızı korlamasın.
Yeniliklər əxz etməkdən, məlumatlar əldə etməkdən çəkinməyin. Bu gün əldə edəcəyiniz xəbərlər sonradan karınıza gələcək.
Günün ikinci yarısı məsələlərin dostlar və həmfikirlərlə müzakirəsi üçün əlverişlidir. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna deyil. Axşam saatlarında qonaq qəbul etmək olar.

Balıqlar - təmkinli davranın, soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.
Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə çalışın.

Milli.Az

loading...

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 00:02400

    Cüməniz mübarek olsun gününüz maraqli xoş olsun.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 00:03382

    Ve......geceniz xeyre qalsin.

    Cavab yaz
  • Anonim
    Ulya · 11 Oktyabr 07:09630

    Cüməniz mübarək.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 08:494212

    Bekarcilikdi bir naqil yazim.Adı Yaxsiliq tez unudulur.-Günlərin bir günü bir Canavar ovculara rast gelir baslayir qacmaqaaa qacir gelir bir Cobana rast gelir yalvarir ay, çoban qardas mene komek et ovcular meni oldurecek Cobanin yaziqi gelir Canavari salir torbasinda gizledir Ovcular yaxinlasir ki, Burdan qacan Canavar görmedin Coban deyir Heee bu terefe qacdı Ovcular gedir Coban deyir: Tehluke sovusdu gel cix Canavar torbadan cixan kimi cobana deyir: Men acam seni yeyecem Coban deyir:: A aaa men sene yaxsilik etdim evezin bele edirsen Canavar deyir yaxsilik deyirler tez unudulur men yeyecem seni Coban deyir gel bele şert kesek Gedek yol ile 3 nefer qabaqimiza cixan adamnan sorusaq sen duz deyirsen ya men Sen duz desen yeyersen , men düz desem yeməzsən.Canavar razilasir ve gedirler İlk bunlarin rastina bir qoca it cixir Coban itden sorusur: Ay qocaaa Köpek yaxsilik tez unudulur? İt dedi :Elbette illerdi sahibime Kopeklik etdim sadiqcesine gördü qocalmisam meni atdi kücəyə.Bu dünyada yaxsilik yoxdu

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 08:553910

    ardi-Canavar deyir gördün Bir az da gedirler bir Eşşek görurler Eşşekden sorusurlar Essekde deyir illerdi sahibeme yuk dasimisam belim qirilib axirdada qedrimi bilmedi.Canavar deyir gördün bu da 2 Bir az gedirler bir Şələquyruk Tülkü cixir Tülküde Canavarin elinden yaniqli olur ureyinde deyir eslinde Canavar duz deyir amma men bele demiyecem Tülkü Canavara deyir sen nece girdin torbaya bir goster Canavar torbaya girir Tülkü de Cobana deyir boq öldür de neyi gözluyursen O seni yeyecekşCoban görur Tülkü aqillidi Boqur torbada Canavar ölür. Tülkü saq olassib gedende Coban arxasiyca baxir ureyinde deyir Bu Tülkünün ne gözel derisi var Bunu öldürüm derisin soyum satim eee.. Arxadan tülkünü vurur Hec yadina da salmir ki, 5 deq evvel Tülkü buna yaxsilik etdi.Ona gore yaxsilik tez unudulur.

    Cavab yaz
    • Anonim
      Halaldı sene Esra · 11 Oktyabr 09:3495

      Oxudum nagılı hem pis oldum hemde tüklerim biz biz oldu vallah yaşayıb gördüklerimizdi Düz söze ne deyesen Ay gözel Esramız Allah seni Saxlasın

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 09:3950

        Cannnn, cox saq ol var ol Allah seni de qorusun xetir hormetini her zaman eziz etsin.

        Cavab yaz
  • Anonim
    Tovuzum · 11 Oktyabr 09:1995

    çox sağ ol Əsra

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 09:3030

      Canim, sende cox saq ol var ol !

      Cavab yaz
  • Anonim
    Esmer · 11 Oktyabr 10:01110

    CUMENIZ MUBAREK EZIZ SERHCILER..INSALLAH GUNUNUZ UGURLU OLSUN ..

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 Oktyabr 10:1240

      Esmərim seninle bahem.

      Cavab yaz
      • Anonim
        Esmer · 11 Oktyabr 11:0510

        Cox sag ol canim Esracan

        Cavab yaz
  • Anonim
    Şemkirli · 11 Oktyabr 11:4041

    Salam Dostlar necesiz,,,,,Kimse Menden Kusub ofadam)) Sene Xususi Salan necesen??? Menden berk kusmusen bilirem Bagisla her seye gore bele alindi ozun necesen,,imkan olsa ora gel yaz Sene Sozum var

    Cavab yaz
    • Anonim
      duz soz · 11 Oktyabr 12:0429

      et token olma, guya qiz nikiyle ozune yazanda bomba oglan olursan

      Cavab yaz
    • Anonim
      Semkirliye · 11 Oktyabr 12:2600

      Dunenki qoroskopu oxuyarsan...

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.