Cəmiyyət

Günün qoroskopu: İllüziyalara və fantaziyalara qapılmayın

18 Sentyabr 2019 00:01
13 Şərh     Baxış: 6 619

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Yaxın perspektivdə atacağınız addımları tələsmədən müəyyənləşdirin. Ciddi islahatlara başlamaq fikriniz varsa, situasiyanı qiymətləndirin. Maliyyə imkanlarınızla bağlı izafi nikbinliyə yol verməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin davranışında anlaşılmaz məqamlarla qarşılaşacaqsınız. İnzibati məsələlərdə, yazışmada, nəticələrin müqayisəsində səlis davranın.

Axşam saatlarına yaxın səfər və ya işgüzar müzakirə istisna deyil.

Buğa - Situasiya təxirəsalınmaz müdaxilə və çevik hərəkətlər tələb edir. Nəyi nə zaman edəcəyinizi bilin. Peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklər və ya spontan yeniliklərə heç bir ehtiyac yoxdur. İslahatları bir qədər ertələyin.

Alış-verişdə bədxərclik etməyin.

Günün ikinci yarısında tələskənliyə yol verməyin. İşlərdə qısamüddətli qeyri-müəyyənlik və ya tərəddüd yarana bilər. Aranan çıxış yolunu ilk cəhddən tapmamaq riski var. Bütün variantları təmkinlə qiymətləndirin.

Əkizlər - Günün ilk yarısında fikirləriniz dağınıq olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır.

Günün ikinci yarısında yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Müstəqil, hadisələrə tərəfsiz yanaşan insanın fikirlərindən bəhrələnin. Yeni tərəfdaş, şərik və ya məsləhət verəcək insana ehtiyac duyursunuzsa, tələsməyin.

Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.

Xərçəng - Cari məsələlərin həlli üçün rasional düşünün. Praqmat olun, dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın.

Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Xidməti mükəlləfiyyətlərə laqeyd yanaşmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Şir - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin.

Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar.

Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin.

Qız - Tənbəllik etməyin, intizamlı olun. Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın.

Günün ikinci yarısı məhsuldar dönəmdir. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Səhhətinizin qeydinə qalın.

Ev işləri ilə məşğul olun.

Tərəzi - Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. Problemlərin həllinə yaradıcı yanaşın.

Günün ikinci yarısında yaranan çətinliklərin həlli zamanı tələskənliyə yol verməyin. Enerjili olun, aktiv davranın. Kreativliyi unutmayın. Sədlərlə maneələrin dəf olunması yollarını həmkarlarınız və ya şəriklərinizlə müzakirə edin.

Axşam saatlarında normal istirahət edin.

Əqrəb - Analitik bacarıqlar, sistem yanaşma tələb edən gündür. Uzaqdakı tanışlardan və ya dostlardan birinin yardım istəyi ilə üzləşəcəksiniz. Sizə həvalə edilmiş işi təkbaşına görməyə çalışın. Əlavə problemlərin yaranmaması üçün diqqətli olun.

Günün ikinci yarısında əsas işə laqeyd yanaşaraq ikinci dərəcəli tapşırıqların yerinə yetirilməsinə aludə olmayın. Prioritet məqamlardan biri qüsursuz keyfiyyətdir. Peşəkar nüfuzunuzla yanaşı, əldə edə biləcəyiniz gəlirlər də məhz bu nüansdan asılıdıır.

Fəaliyyət planı və büdcəni dəqiqləşdirməmiş dəyişikliklərə başlamayın.

Oxatan - Sizi aldatmağa çalışacaqlar. Diqqətli olun, hər vədə və deyilən sözə inanmayın. Yaltaq, xəbis insanlardan uzaq durun. İşlərin əsas hissəsini günün ilk yarısında görməli olacaqsınız. Fəaliyyətinizin effektiv olması üçün yarımçıq işləri tamamlayın, öhdəlikləri yaddan çıxarmayın.

Günün ikinci yarısında planlaşdırma və hesablamalarda səhvə yol verməyin. Tərəfdaşlarla, şəriklərlə anlamlı davranın. Ambisioz olun, amma eqoist insan təsiri bağışlamayın.

Yeni işə başlamaq zamanıdır. Kiməsə işləməkdən usanmadınızmı?

Oğlaq - Günün ilk yarısından etibarən passivlikdən uzaq durun. Yeni plan hazırlamaq, yaxın perspektivdə atacağınız addımları bəribaşdan müəyyənləşdirmək olar. Məntiqi düşünün, yaşananları sistemli təhlilə uğradın. Ətrafınızdakı şəxslərin davranışlarındakı fərqləri qulaqardına vurmayın.

Günün ikinci yarısında proseslərdən kənar qalmayın. Maliyyə məsələlərində xüsusilə diqqətli olun. Stabil işgüzar əlaqələrə nail olun. Alış-veriş zamanı almaq istədiyiniz əşyanın keyfiyyətinə xüsusi fikir verin.

Dolça - Günün ilk yarısında aktiv olun, formada qalın. Fəaliyyətinizlə bağlı müəyyən sistem formalaşdırın və planlara riayət edin. Reqlament olunmuş proseslərin məcrasından kənara çıxmayın. Sistemləşdirilmiş biliklərinizi artırın.

Günün ikinci yarısı inzibati funksiyaların yerinə yetirilməsi üçün münasib zamandır.

Müstəqil şəkildə çalışın və fərdi əməyə üstünlük verin. Yaxın ətrafınızdakı insanlar qarşısında bəlli məsuliyyət daşıdığınızı unutmayın.

Balıqlar - İllüziyalara və fantaziyalara qapılmayın. Dostlarla təmasları aktivləşdirin, işgüzar əlaqələri inkişaf etdirin. Tapşırılmış işlə bağlı təfərrüatları araşdırın. Əlavə məlumatlar əldə etməyə çalışın.

Faydalı ünsiyyəti prioritetə döndərməkdən çəkinməyin.

Günün ikinci yarısında mənasız və məntiqsiz ünsiyyəti dayandırın. Çalışdığınız kollektivin planlarından xəbərdar olun. İşdəki haqsızlıqdan, qanunsuzluqdan, özbaşınalıqdan bezibsinizsə, başqa iş yeri axtarmağa başlayın.

Rüşvət verməyin və rüşvət almayın.

Peşəkar fəaliyyət müstəvisində irəliləmək üçün gərəkli vasitələrdən yararlanın. Qanunvericiliklə bağlı biliklərinizi artırın.
 

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Fizuli Şirvanlı · 18 Sentyabr 00:0623

    səndə son vaxtlar mənə yalan danışırsan....

    Cavab yaz
    • Anonim
      Ulya · 18 Sentyabr 07:4042

      Sənə yazıb ki, sevdiyiniz insanı unutmayın))) vaxtınızı şən və mənalı keçirdin))) bundadı yalanı ulduzların?

      Cavab yaz
      • Anonim
        Fizuli Şirvanlı · 18 Sentyabr 13:1820

        dəyərli bilməyimin, hörmət etməyimin içində neyçünsə duroj qatılır hər zaman, səbəbində bilmirəm, kişini də Təbrik edirəm.

        Cavab yaz
        • Anonim
          Ulya · 18 Sentyabr 17:3310

          Təbrikə görə çox sağ ol)))

          Cavab yaz
  • Anonim
    Ulya · 18 Sentyabr 00:0782

    Hamının günü xeyirli uğurlu olsun. Amin!

    Cavab yaz
  • Anonim
    Ulya · 18 Sentyabr 07:0252

    Oğul ya qız, fərqi nədir? Hər ikisi can meyvəsidir. Ata-ananın yenidən Bu dünyaya gəlməsidir. Ata kökdür, ana torpaq Oğul budaq, qızsa yarpaq. Dünya canlı xalıdır, bax, İnsan onun ilməsidir. Səni səndən alanı gör, Çalış hər gün balanı gör Bala Allah töhvəsidir. Oğul pirdir, qızsa sirdir, Oğul ürək, qız diləkdir. Oğul bu dünyanın məhəbbətidir Qız isə Allahın əmanətidir. Əzizinəm şirindir, Bala baldan şirindir. Vallah heç kim deyə bilməz, Oğul, ya qız şirindir. Biri yurda çıraqdı, Biri evə qonağdı. Oğulu qızdan ayırmaq Allah haqqı, günahdı. Göy ulduzsuz olmasın Çörək duzsuz olmasın. Oğulun öz yeri var Evlər qızsız olmasın. Oğul gəlsin ad gəlsin, Ya qız gəlsin, dad gəlsin Hansı gəlir gəlsin, fərqi nədi? Təki evə övlad gəlsin.

    Cavab yaz
  • Anonim
    Ulya · 18 Sentyabr 07:0352

    Dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. (Lüdviq van Bethoven)

    Cavab yaz
  • Anonim
    Ulya · 18 Sentyabr 07:0552

    Ey oğul, sözümü diqqətlə dinlə, İnsan uca olar saleh əməllə. Əgər ki, istəsən olasan yaxşı, Mütləq əmələ vur ədalət naxışı. Elmli, helimli olmağa çalış, Qorxma sən güclüdən, onunla yarış. Vətəni uca tut doğma anantək, Uğrunda sinəni çək bir sipərtək. Dürüst ol, aqil ol, ver xalqa dəyər, Adil olan şəxsə hər kəs baş əyər. Üzmə sən insanı, qazanma nifrət, Bəslə ki, qazancın olsun məhəbbət. Adil ol, insanlar batmasın yasa, Yoxsula arxa ol, axsağa əsa. Xeyirli işlər gör, adın ucalsın, Sarayın xeyirdən göyə ucalsın. İtlərə baş qoşma, itdi qoy, hürsün, Düz get, arxandakı ibrət götürsün. Düşün ki, incitsən əgər birini, Əmin ol, söyəcək ölü, dirini. İnsan heyvan deyil, yanaş hörmətlə, Hörməti uca tut, yaşa rəhmətlə. Qanan ol, insanlıq olsun qazancın, Düşün ki, qanmazın olmaz qazancı. Dost olma üzünə gülən biriylə, Güləndə məskəndir yüzlərlə hiylə. Dost ol, o kəslə ki, səni andırsın, Yıxılsan, ayağa səni qaldırsın. Dostluq bir gövhərdi hörmət andırar, Hörmət pislikləri kökdən yandırar.

    Cavab yaz
  • Anonim
    Ulya · 18 Sentyabr 07:0652

    Var olsun, o dostluq adı ucadır, Dostluq bir gənclikdir, hörmət qocadır. Qocayla qoca ol, cavanla cavan, Elə et haqqında çaşmasın nadan. Vəzifə versələr düşün, qəbul et, Qul ol ədalətə, ona xidmət et. Yapışma stola, müvəqqətidir, Çün o da insantək gəldi-gedərdir. Düşünsən özünə sadə gələcək, Əmin ol, hər zaman üzün güləcək. Sözlərə nizam ver, aramla danış, Natiq ol, hər yerdə qazan sən alqış. Bacarsan uzaq ol qadın şərindən, Dünyanı oynadar o şər məvhərdən. Çıxarsa yoluna ürək həmdəmin, Tələsmə qərara, olginən əmin. Ulduza bənzəsə hər görünən qız, Unutma günəştək parlamaz ulduz. Sevərkən əqlinlə eylə məsləhət, Sevərsən könlünü ver yara əlbət. Sevgi nüvəsidir bil insanlığın, Sevgiylə xoş olar hər an növrağın. Dünya yaranıbdı əzəldən belə, Məhəbbət sevinclə tutar əl-ələ. Yaxşı bir ata ol sən də mənimtək, Sözləri oğluna bilginən örnək. İstəsən hər zaman yaşasın adın, Əməl et bunlara yetsin muradın. Elçin Əfəndi "Oğluma nəsihət"

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli(Samaxı) · 18 Sentyabr 13:3130

      Ulya xanim mende tebrik edirem Xosbext heyatin göresen İnsallah.

      Cavab yaz
      • Anonim
        Ulya · 18 Sentyabr 17:3320

        Amin! Çox sağ olun

        Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Samaxı) · 18 Sentyabr 10:2791

    Myauuuuuuuuu Ditdiiiiiiiiiiiiiii:))) Sabahiniz xeyir olsun canlarim .Men balaca şirin məstan kimi geldim dəəəəə:)))

    Cavab yaz
  • Anonim
    Bildin də · 18 Sentyabr 12:48128

    Allah heç kimin ağlını başından almasın

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.