Şəhid pilotun anım mərasimi keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzində şəhid mayor Təbriz Musazadənin anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin əməkdaşları, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər.
Müdafafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasim iştirakçıları Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıblar.
Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək şəhidlərə dövlət qayğısından, şəhidliyə ehtiramın vətənpərvərlik tərbiyəsində əhəmiyyətindən danışaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhid pilotun həyat yoldaşı Pərvaz Musazadə şəhidlərə və şəhid ailələrinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Sonda "Onlar unudulmur" kitabının, Azadə Taleh Abbasqızının şəhid pilota həsr etdiyi "Vətənimin qürur yeri, Vətənimin şəhid oğlu" kitabının və ssenarisi əsasında hazırlanmış sənədli filmin təqdimatı olub.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər





