Cəmiyyət

YENİ TƏLƏB: Çimərliklərdə təmizləyici qurğu quraşdırılmalıdır

9 Avqust 2019 16:25
1 Şərh     Baxış: 1 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, nazirliyin məqsədi çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək yox, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır.

Nazir müavini əlavə edib ki, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib:

"Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb. Obyekt sahibləri tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə texniki su kimi də istifadə edə bilərlər".

F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə həyata keçirilən layihələr vətəndaşların, əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.