Cəmiyyət

Günün qoroskopu: Sizə önəmli olan insanla əlaqə saxlayın

13 Avqust 2019 00:01
50 Şərh     Baxış: 4 600

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Ay və Merkurinin münasibətləri hadisələrin sakit, hətta bir qədər ləng inkişafına zəmin yaradır. İşlərdə gecikmə və təxirəsalmalar ola bilər.
Gözlədiyiniz məlumatın gəlişi yubanır.
Daxili harmoniyaya nail olaraq, bir qədər nəfəs alın və çoxdan çözüləsi problemin həlli üçün var gücünüzlə çalışın.
İşin konkret, praktiki yönlərinə fikir verin. Maddi gəlir vəd edən və ya maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq işi görün. Vədlər, yardım, psevdohumanizm vaxtı deyil.
Xarici görkəminizin qayğısına qalın. Sizə lazım olduğunu düşündüyünüz, amma pul sərfindən başqa heç nə olmayan əşyanı bankların böyükfaizli kreditilə almayın. Belədə əşya sizə dəyərindən ikiqat baha başa gələcək.
Boş vədlərə və şirin dilə aldanmayın.
Məntiqli səylər nəticə verəcək.

Buğa - Hiperion və Mimasın münasibətləri günün aramla, tələsmədən keçməsini gözləyənləri pərişan edə bilər. Yaxın həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın, pul qazanın.
Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. İş yerində gərəksiz əşyalardan qurtulun.
Bu gün alış-veriş üçün sərfəli deyil.
Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.

Əkizlər - Umbriel və Ledanın münasibətləri enerji ilə diqqətinizi işə cəlb edir. Mühüm məsələnin inkişafında geri qalmamaq üçün bütün bacarıq və imkanları işə salın.
Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən almaq gərəkdir. Lazımi məlumatın əldə edilməsi üçün bütün vasitələri işə salın. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə danışıqlar, məsləhətləşmələr aparıla bilər.
Özünüzə vaxt ayırın. Axşam saatlarında sizə xoş insanlarla ünsiyyətdə olun.

Xərçəng - Bir qədər asta çalışmaq istəsəniz də, gün sizdən fəallıq və əzm tələb edir. Kallisto və Titanın münasibətləri gəzinti, ezamiyyət, tapşırıqlarla bağlı şəraiti əlverişli edir.
Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. İzafi işlərlə özünüzü yormayın.
Günün ikinci yarısında nigaranlıq və gərginlik yarana bilər. Dəyər verdiyiniz insanın yanınızda olmasına çalışın. Sizi rahatlandıracaq işlə məşğul olun.

Şir - Lisiteya və Enseladın münasibətləri sizdən qətiyyət, əzm istəyir. Məqsədlərinizə çatmaq üçün səyrlərinizi əsirgəməyin.
Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların tənbəllik edərək işdən yayınmalarına imkan verməyin.
Əyləncə və istirahət bir qədər gözləyə bilər.
Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait yaradın.
Ünsiyyət üçün düşərli gündür. Fəqət qarşı tərəfin yaşam maraqları məkanına müdaxilə etməyin.

Qız - Oberon və Tefeyanın münasibətləri bu gün rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə fikir verin. Səhhətə diqqət yetirin.
Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.
Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və təkliflərə fikir verin.
Aktiv olun, ətalətlə davranmayın.

Tərəzi - Saturn və Veneranın münasibətəri bu gün yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv yanaşmağa imkan verir.
Kiminsə fikrini və mövqeyini kökündən dəyişmək çətin olacaq. Aktual mövzunun həllinə və ya mövqelərin səbatlaşmasına yönəlmiş ideyalar dərhal müsbət dəyərləndiriləcək. Özünüzü əmin hiss etmək üçün ətraf mühitdə daha çox qayda yaradın.
Evdəki kiçik təmiri başa vurun, problemləri çözün.
Şəxsi münasibətlərdə yalnız konkret jestlər dəyərləndiriləcək. Bu gün daha az xəyal edərək daha çox iş görün.

Əqrəb - Saturn və Marsın münasibətləri sakit, ciddi problemlərin yaşanmayacağı gün vəd edir. Bir qədər tənbəllik, ətalət hiss olunsa da, fikrinizi dağıdacaq və əsas işdən yayındıra biləcək məqamlara diqqət verməyin.
Evdəki problemi həll edin, çünki ailə üzvləri sizin laqeydliyinizdən şikayətçidir.
Böyük həcmdə iş görmək, müəyyən detalları önə çəkmək, planlara yenidən baxmaq olar.
Yaxın ətrafınızdakı insanlardan biri pozitiv rol oynayaraq sizə yardım edə bilər.
İşdə həmkarlarınıza təzyiq etməyin ki, qeyri-adekvat etirazla qarşılaşmayasınız.

Oxatan - Makemake və Yerin münasibətləri maliyyə, maddi məsələlərlə məşğul olaraq həyatdan kam almağa imkan verir. İndi tələsməyə lüzum yoxdur.
Rejimə riayət edin, səhhətinizə fikir verin.
Fiziki məşğələlər və ya iş məsləhətdir. Görüləsi işlər həddən artıqdırsa, əlavə gəlir imkanına şirnikib daha bir işə başlamayın.
Günün ikinci yarısında olayların tempi bir qədər aşağı düşəcək.
Axşam saatlarında bir qədər açıq havada gəzişin. Amma özünüzü soyuğa verməyin.
Boğazınızı gözləyin, çünki qripə yoluxmaq və ya zökəm riski çox güclüdür.

Oğlaq - Serera və Merkurinin münasibətləri gərginliyi, nigaranlıq və narahatlığı müvəqqəti unudaraq bütün diqqəti işə, problemlərin həllinə cəlb etməyə imkan verəcək.
Ailə qayğıları və əlaqələr ön plana çıxacaq, işdəki münasibətlərə aydınlıq gətirilməsinə ehtiyac yaranacaq.
Praktiki olun, ayaq üstə möhkəm durun.
Sizə əziz olan insanları sərt tənqid etməyin, onlardan sirr saxlamayın. Yaxınlarınızı tərifləyin. Rəğbət nümayişi böyük vədlərin verilməsinə çevrilməməlidir.

Dolça - Erida və Veneranın münasibətləri gündən faydalanmağa imkan verir. Görüləcək işlərin formasını və həcmini müəyyənləşdirin, plan qurun, yükü həmkar, tərəfdaş və ya şəriklə bölüşün.
Sizə önəmli olan insanla əlaqə saxlayın, narahat edən məsələni onunla müzakirə edin.
İkinci dərəcəli işi təxirə salaraq konkret məkanda önəmli məsələ ilə məşğul olun.
Kompüterinizdəki fayl və qovluqlarda qayda yaradın.
Təmas və əlaqələrdə gərginlik yaratmayın. Ehtiyac duyanda təmas qurun.
Axşam saatlarınızı sevdiyiniz əyləncə və ya marağa həsr edin.

Balıqlar - Ay və Deymosun münasibətləri bu gün hər şeyi ciddi qəbul etməyi istəyir. Günün zahiri amilləri müsbətdir. Ünsiyyət, sizi maraqlandıran məlumatların alınması üçün məhdudiyyətlər yoxdur.
Əgər kimsə və ya nəsə varlığını xatırladarsa, bu, təsadüfi olay deyil. Gərəkli zəngləri edin, məktublar yazın, sizdən diqqət nişanəsi gözləyən insanı pərişan etməyin.
Vədləri yerinə yetirin.
Şəxsi münasibətlərdə inadkar olmayın. Möhkəm fikirləşməyə vadar edən hadisə baş verə bilər.
Axşam saatlarını maraqlı bir məkanda keçirmək məsləhətdir.
Gec saatlarda görüşdən imtina edərək rahat istirahət üçün şərait yaradın.

Milli.Az

loading...

Şərh yaz:

50 Şərh:

  • Anonim
    İlknur · 13 Avqust 00:015528

    Birinci menem

    Cavab yaz
    • Anonim
      Tunar · 13 Avqust 08:2693

      TƏBRİKLƏR İlKnUR!

      Cavab yaz
    • Anonim
      İlknur · 13 Avqust 11:3640

      Təşəkkür edirəm Tunar bəy ❤

      Cavab yaz
  • Anonim
    Nuray · 13 Avqust 00:0187

    Menn

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 13 Avqust 00:01110

    Tovuzludan salamlar

    Cavab yaz
    • Anonim
      Tunar · 13 Avqust 08:2820

      salam

      Cavab yaz
    • Anonim
      Zəhra · 13 Avqust 09:3930

      Aleykum salam Tovuzlu Gözəlinə ❤️❤️❤️❤️Necəsən?

      Cavab yaz
  • Anonim
    Sara · 13 Avqust 00:0130

    Men oldum

    Cavab yaz
    • Anonim
      Tunar · 13 Avqust 08:2810

      yox sen olmadin

      Cavab yaz
  • Anonim
    Roza · 13 Avqust 00:02141

    Sabahiniz xeyre acilsin

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 00:52160

    Bu bayram gunlerinde her kese xosh istirahetler

    Cavab yaz
    • Anonim
      Tunar · 13 Avqust 08:2830

      Tesekkurler

      Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:01100

    İnsanlar var – kitabxana kimi Bu insanlardan hər şey öyrənmək olar və ən əsası əgər səbrli olarsansa və səy göstərərsənsə özün üçün yeni şeylər kəşf edərsən. İnsanlar var – labirint kimi Onları tanımaq olmur, döngədə sizi nə gözlədiyini bilməzsiniz və əlaqələr sizi hara aparacağı sizə naməlum qalar. Amma nəqədər müammalı olsalar, onları öyrənmək bir o qədər maraqlı olur İnsanlar var – yaşıl vadilər kimi Bu gün burdadır, sabah başqa yerdə. Heç bir şey daimi və sabit deyil. Maraqları tez tez deyişir və heç bir mövzu üzərində çox durmur. İnsanlar var – atəşfəşan kimi Onların xarakteri partlayıcı kimidir və daima bayram əhval-ruhiyyəsi bəxş edirlər insanlara. Həyatı lazımınca yaşayır, daima əyləncələrdə olur. Onların loqosu həyatın dadını çıxart. İnsanlar var – güllər kimi Onlarla ehtiyatlı davranmaq, qorumaq lazımdı çünki onlar həssas və tez inciyəndirlər. Bu incəliyin özünündə bir gözəlliyi var – onlar onların qayğısına qalmağa, əks tərəfi güclü hiss etməyə imkan verir.

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0180

    İnsanlar var – uçurum kimi Bilirsən ki, hər şey pis qurtaracaq amma yenə də ona doğru can atarsız. İnsanlar var – qranit kimi Onlarla daima əminlikdə olmaq olar, daima qoruma altında olarsan. Daima adama dayaq olarlar və ən çətin vəziyyətlərdə sizə kömək etməyə can atarlar. İnsanlar var – brilliant kimi Hər ona baxdığında bir şeylər aşkar edirsən, mənfi ya müsbət fərq etməz. Sadəcə olaraq onu öyrənirsən və bundan böyük zövq alırsan.

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0280

    Fikir verməyin insanların:"Məni çox sevəcək birini axtarıram."- deməsinə. Böyük bir sevgiyə məruz qaldıqda gizlənməyə yer axtarır hamısı... Unudulmuş biri olmaq pisdir... Unudulmuş amma unuda bilməmiş biri olmaq isə qorxuncdur... Göz yaşları - zəif qadınlar üçün sığınacaq, Amma qürurlu qadınlar üçün ölümdür...

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0380

    İnsan bezen zeif oldugu uchun deyil, uzun muddet guclu oldugu uchun aglayar....

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0580

    Əgər bir insan sənin üçün həqiqətən də dəyərlidirsə, o sənə nə qədər acı yaşatsa da, sən onu bağışlayacaqsan...

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0680

    Heç vaxt başqa insanlar üzülməsin deyə özünü üzmə. Unutma; Sən dözürsənsə, onlar da dözə bilər. Dünyadakı ən qəribə və üzücü şey; Bir vaxtlar bir-birinin hər şeyini bilən iki insanın tamamilə yadmış kimi davranmasıdır. Qəribədir insan, eyni zarafata dəfələrlə gülməz amma eyni acıya dəfələrlə ağlayar. Hər kəsin istədiyi kimi biri olmaq üçün doğulmamışam. Bir gün ürəyincə yaşamaq yüz il sürünə sürünə yaşamaqdan yaxşıdır.

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0780

    Bir qadına ilin '360' günün seni düşündüm desen, Diger '5' günü ne "qelet" eledin deyer!!!

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:0780

    Sevmekmi daha çetindir yoxsa unutmaqmı???? Deye soruşsalar ,,,, Seher tezden qalxmaq deyerem!!!

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:1080

    Qadın incə məxluqdu deyib keçməyin, bir dəfə beynin çöndərin görün o incəlikdən əsər-əlamət qalır ya yox :)))

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:1280

    Dediler "Gözden uzaq olan könüldende uzaq olar". Dedim "Könüle giren gözden uzaq olsa ne fayda. Esas odu sebrle sevesen". Xoşbext ol demekdense, "Seni özüm xoşbext edecem" deyen biri çıxmalıdı qarşınıza

    Cavab yaz
  • Anonim
    Ulya · 13 Avqust 01:1390

    Kişi adam ağlamaz yerine, "Kişi adam qadını ağlatmaz" deye öyrederdiler kaş...

    Cavab yaz
    • Anonim
      Zəhra · 13 Avqust 09:3950

      Əlləriniz var olsun Ulya xanım. Super yazmısız yenə ☺️

      Cavab yaz
      • Anonim
        Ulya · 13 Avqust 10:4620

        Buyur)))

        Cavab yaz
        • Anonim
          Zəhra · 13 Avqust 19:5900

          Təşəkkür ☺️

          Cavab yaz
  • Anonim
    Nilufer · 13 Avqust 01:38130

    Sabahlarniz xeyr olsun kimliyinen asli olmayaraq teze kohne dostlar necesniz Qurban bayramniz mubarek Qaraskop hec uzumu guldurmedi

    Cavab yaz
    • Anonim
      Zəhra · 13 Avqust 09:3840

      Sağolun Nilufer xanım yaxşılıqdır. Allah sixə köməy olsun. Qoroskopa da çox inanmayaq. Hər şey Yaradanın əlindədir.

      Cavab yaz
      • Anonim
        Nilufer · 13 Avqust 10:2330

        Salam Zehra xanim yaxwiliq olsun saqol Allah razi olsun elbetde

        Cavab yaz
        • Anonim
          Fizuli Şirvanlı · 13 Avqust 14:2330

          Salam illər sonra sizi burda görməyimə çox şad oldum.

          Cavab yaz
          • Anonim
            Nilufer · 13 Avqust 15:3630

            Salam Fizuli bey tewekkur edirem yaxwi dostlar hec vax unudulmur6_7il bunan once olan dostlar qowulsa daha gozel olar

            Cavab yaz
            • Anonim
              Fizuli Şirvanlı · 13 Avqust 17:1610

              düzdü Nilufer xanım, yəqin ki bizlər artıq qocalmışıq meydan gənclərindi)

        • Anonim
          Zəhra · 13 Avqust 17:2600

          Çox sağoluj Nilufer xanım :)))

          Cavab yaz
    • Anonim
      Melek b · 13 Avqust 16:5610

      Nilufer xanim salam.bayraminiz mubarek.sizi Millide gormek yeniden cox xosdu

      Cavab yaz
      • Anonim
        Nilufer · 13 Avqust 17:2020

        Salam Melek bRessam qizimiz cox saqolun sizinde Ailenizle birlikde qurban bayramniz mubarek olsun xow gununuze gelek inwallah hemiweki kimi sizinleyem

        Cavab yaz
        • Anonim
          Melek b · 13 Avqust 17:3700

          Ne gozel(***)Nilufer xanim cox saq olun.sizin Milli.Az da oz yeriniz .oz desti xattiniz var.xos gelmisiniz(****)

          Cavab yaz
  • Anonim
    Nilufer · 13 Avqust 01:4090

    Salam Ulya xow gorduk hemiwe yerin gorunsun necesen oqlun necedir saqolsun geliwini dostlar bildirdi

    Cavab yaz
    • Anonim
      Ulya · 13 Avqust 10:4650

      Saaaallaaaaam gozelim. Men yaxshiyam sen necesen? Oglum hamidan yaxshidi Elhemdulillah. Ne var ne yox?

      Cavab yaz
      • Anonim
        Nilufer · 13 Avqust 15:3920

        Salam Ulya hemiwe yaxwi olasniz wukur mende yaxwiyam saqol salamatcliqdi wairliyne yene qayitmisan

        Cavab yaz
        • Anonim
          Ulya · 14 Avqust 00:2100

          He a baji))) hemisheki Ulyayam)))

          Cavab yaz
  • Anonim
    Zəhra · 13 Avqust 09:4060

    Sabahlarınız xeyirli, uğurlu olsun

    Cavab yaz
  • Anonim
    Papatya · 13 Avqust 11:2460

    Demeli menim gunum-guzeranim, ehvalim, keyfim bu "Erida ve Venera"dan asılı imiş))) bugun onlarin kefi yerindedi deye, menim de gunum normal keçesi imiş:)) nc nc )

    Cavab yaz
    • Anonim
      Harlnpass · 13 Avqust 12:2921

      Salam dostlar bayranlnlzda mubarek olsun

      Cavab yaz
      • Anonim
        Ruslana · 13 Avqust 17:2500

        Salam. Bahəm

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 13 Avqust 15:5410

    Salam Zehra mən yaxşı sən necəsən ?

    Cavab yaz
    • Anonim
      Mahir · 13 Avqust 16:4000

      13 reqeminin ugursuz olmasina inanirsiniz?

      Cavab yaz
      • Anonim
        Zəhra · 13 Avqust 17:2700

        Salam Mahir inanmayın. Mən inanmıram

        Cavab yaz
    • Anonim
      Zəhra · 13 Avqust 17:2500

      Çox sağol Tutucan yaxşıyam. Sən yaxşı ol

      Cavab yaz
  • Anonim
    Zəhra · 13 Avqust 17:2700

    Şəmkirli, Əsmər salam. Necəsiz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.