Cəmiyyət

Günün qoroskopu: Alış-verişdə məntiqli davranın

12 Avqust 2019 00:01
48 Şərh     Baxış: 3 801

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Hiperion və Arielin münasibətləri gəlir, təklif, rəğbət izharı, çoxdan gözlənilən məlumat vəd edir.
Bu gün sizdən əlahiddə aktivlik tələb olunmur.

Bir qədər aramla çalışın, çünki bəzi problemlər öz axarı ilə həllini tapacaq. İfrat yorğunluq olmadan mühüm işləri başa vura bilərsiniz.

Sabah sizi ağır və gərgin gün gözləyir.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər yaranmayacaq.
Axşam saatlarında rahatlanın, yaxşıca dincəlin.

Buğa - Sinope və Umbrielin münasibətləri sakit gün vəd edir. İşlərinizə diqqətlə yanaşın, problemlərin başdansovdu və tələsik həllinə can atmayın.

İmkan tapılarsa, alış-verişi günün ilk yarısında edin.
Hisslərinizi ayrıd etmək üçün əlverişli vaxtdır. Qəfil görüş, məktub, telefon zəngi ola bilər.
İşinizlə bağlı görüşmək istədiyiniz adamı arayın.

Şəraitin əlverişli olduğunu hiss etsəniz, təşəbbüskar olun. Mühüm məqamlarda ətalətlə davranmayın.

Əkizlər - Haron və Tritonun münasibətləri sakit, rahat gün vəd edir. Adi yaşam sevincləri və səmimi mühit yeni ideyaların yaranmasına, ətrafınızda sizə dost münasibəti bəsləyəcək insanların peyda olması ilə nəticələnə bilər. Yeni təkliflər və ideyalar səslənəcək.

Hadisələrin axarına kobud müdaxilə olmasa, yaranmış ziddiyyatləri ifrat səylər olmadan aradan qaldırmaq, tərəfdaşlarla münasibətləri möhkəmləndirmək olar.

Ətrafınızdakı insanların işinizə müdaxilə səviyyəsini göstərəcək nişanələri gözdən qaçırmayın. Hansısa bir mövzu və ya məsələnin diqqətinizi tam cəlb etməsinə imkan verməyin.

İntellektual məşğuliyyətlərə vaxt ayırın
Heç bir mühüm işi axşama saxlamayın.

Xərçəng - Ay və Merkurinin münasibətləri təcili işlərin hamısını başa vurmağı tələb edir. Yerdə qalan vaxtı evə və ailəyə sərf edin.

Özünüzü yaxşı hiss etmək üçün ətrafınızdakı mühitdə daha çox qayda olmalıdır. Kiçik təmirlə məşğul olmaq, əşyaları yerbəyer etmək olar.

Ağlınıza gələn ideyalar arasında ən dəyərlisini seçərək irəliyə doğru astaca irəliləyin. Can atdığınız məqsədə çatmaq üçün sizə yardım edə biləcək məlumat alacaqsınız.

Mühafizəkar mövqe, inad və işə təfərrüatlı yanaşma planlarda qətiyyətli mövqe tutmaq, etibarlı tərəfdaşlar əldə etməyə imkan verəcək.

Şir - Neptun və Kallistonun münasibətləri məramlarınızı asanlıqla reallaşırmağa imkan yaradacaq. Sadə, sevdiyiniz işlərlə məşğul olun.

İmkan varsa, alış-veriş ilə məşğul olun.

Sonradan praktiki nəticə verəcək ideya və fikirlərə laqeyd yanaşmayın. Uzaqda olan şəxslərdən biri maraqlı informasiya verə bilər.

Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Nəqliyyatda ehtiyatlı olun.
İstənilən fiziki aktivlik faydalıdır. Əlavə, izafi gərginlikdən qurtulun.

Qız - Makemake və Himaliyanın münasibətləri sakit, hadisələrin ləng inkişaf fonuna malik bir gün vəd edir. İşlərdə təxirəsalma və ləngimələr ola bilər.

Xəbər və məlumatın gözləntisinin vaxtı uzanacaq. Daxili harmoniya hissi bir qədər nəfəs dərmək, daha xoşagələn işlə məşğul olmaq imkanı yaradacaq. Emosiyaları ətrafınızdakı insanlarla bölüşün.

İşdə konkret, praktiki, indi olmasa da, gələcəkdə mənfəət vəd edən məsələ işə məşğul olun.
Xarici görkəminizə fikir verin.
Məqsədinizin reallaşması üçün səylərinizi əsirgəməyin.

Tərəzi - Avropa və İonun münasibətləri xoş anlar vəd etsə də, işinizi dəqiq görün, səlis olun. Etibarlı tərəfdaşlar, yaxud da indi ortaq maraqlarınızın olduğu insanlarla çalışın. İşdə nizam yaradılması faydalı tapıntıya, planların yenilənməsinə səbəb ola bilər.

Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivə olan planı nəzərdən keçirmək üçün yaxşı vaxtdır.

Qarşılıqlı anlaşma üçün müzakirələr şərt deyil. Əsas məsələ sizə önəmli olan insanın qayğısına qalmaqdır.

Əqrəb - Serera və Haumea maraqlı gün vəd edir. Amma işlər uğurlu olsa belə, hadisələrin axarı göründüyü qədər sadə deyil.

Yaxın günlərdəki irəliləyişiniz, maddi durumunuz bu gün görülə biləcək işlərin həcmindən asılıdır.
Diqqəti yayındırmayın, fikrinizi cəmləyin, işlərinizi nəzarətdə saxlayın, yaxın ətrafınızdakı adamlara təzyiq göstərməyin. Ötən səhvləri inadla xatırlatmayın.

Maliyyə məsələlərini tələsmədən, aramla çözün. Bir neçə gün gözləyə biləcək hadisələri tələsdirməyin.
Axşam saatlarında ailə üzvlərinizin nə ilə məşğul olacağına onların özləri qərar verməlidir.

Sakitlik və stabillik hər şeydən üstündür. Bununla belə, problemin təcili həllini tələb edən məsələlərdə astagəllik etməyin.

Oxatan - Saturn və Uranın münasibətləri günü çətinləşdirməyəcək. Təzyiq, təsir yoxdur. Can atdığınız, yaxud da görməli olduğunuz işlə rahatlıqla məşğul ola bilərsiniz.

Cari maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib olmayan işlərdə tələsməyin.
Ünsiyyətdə olun, xəbər və planları bölüşün.

Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə yönəldin. Nə istədiyinizi müəyyənləşdirin, yardım və dəstəyə ehtiyac yaranarsa, çəkinməyin.

Axşam saatları ilə bağlı proqnoz pis deyil.

Oğlaq - Merkuri və Eridanın münasibətləri hisslərlə emosiyaların qaydaya salına biləcəyi yaxşı gün vəd edir.
Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını çəkin.

Həmişəkindən fərqli olaraq daha məntiqli, düşünülmüş şəkildə görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Can atdığınız effekti əldə etmək üçün daha bir gərəkli amil səxavətdir.

Sürəkli hərəkət və gərginlik tələb etməyən məşğuliyyəti seçin.
Axşam saatlarında rahat istirahət növünü seçin.
Yaxın günlərdə effektiv çalışmaq üçün güc toplayın.

Dolça - Titan və Oberonun münasibətləri bu gün çox iş planlamağın məsləhət olmadığını göstərir. Uzun-uzadı mübahisələrlə başınızı qatmayın.

Ciddi və cari işlər varsa, diskusssiyalardan yan keçin. Vaxtdan məhsuldar çalışmaq, ünsiyyət, yazışma üçün istifadə edin. Səfər və gəzinti varsa, sabaha qədər təxirə salın. Heç nəyi mürəkkəbləşldirməyin.

Sizin üçün önəmli insanlarla münasibətlərdə yaranan mühüm anlara laqeyd yanaşmamaq şərtilə danışıqlar aparın.

Abstrakt maraqlar və istəklərdən əl çəkərək daha praktik işlərlə məşğul olun.
Ailə üzvlərinizə daha çox diqqət ayırın.

Axşam dostları evə qonaq çağırmaq olar.
Alış-verişdə məntiqli davranın.

Balıqlar - Deymos və Fobosun münasibətləri çox uzaq perspektivdə nəticələrə malik dəyişikliklər vəd edir.

İş yerini dəyişmək, köç, yaxın gələcəyinizi dəyişə biləcək söhbət üçün əlverişli gündür.
Mühüm heç nəyi təxirə salmayın. İmkan varsa, bütün önəmli işləri bu gün görün, vacib tədbirlərə qatılın.

Yorğunluq hiss etsəniz, mütləq dincəlin.
Sevdiyiniz insanlarla münasibətlərdə yaranmış problemləri axşam saatlarında həll etmiək olar. Ünsiyyət sizə həzz verəcək.

Milli.Az

loading...

Şərh yaz:

48 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Avqust 00:02800

    Bayraminiz mubarek Yeni gununuzz mubarek olsun !

    Cavab yaz
    • Anonim
      ...Admiral · 12 Avqust 10:10373

      Canım bacım- Məndə sənin Bayramını təbrik edirəm

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Avqust 10:20220

        Coxxx saq ol !Cannnneee cannnn, qardasimmm canimmm ne yaxsi ki varsannnnn var olasannn var olaqqqq.Əziz olaq sevimli olaq ilk once Allah dergahindaaaa.

        Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Avqust 10:21200

        Gelisinle superrr oldu buralarrr canim qardasim :)

        Cavab yaz
        • Anonim
          ...Admiral · 12 Avqust 10:33160

          Caneee can həmişə likelərimiz çox olsun Əsra çoxunu mən etmirəm başqaları edir sağolsunlar

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 12 Avqust 10:53100

            Heyatda da Likelerimiz bol olsunn.Bizii isteyenler coxdu seni ve meni Buna şubhem yoxdu.

            Cavab yaz
    • Anonim
      Melek b · 12 Avqust 13:0510

      Esra bayramin mubarek***

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Avqust 13:0820

        Cannn Meleyim üreyim menim cox saq ol.. Mende seni tebrik edirem esger qardasim da seq salamat gelsin İnsallah aileni de tebrik edirem.Bayraminiz mübarek eziz olsun.

        Cavab yaz
        • Anonim
          Melek b · 12 Avqust 13:2610

          Cox saq ol Esra(***)❤

          Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 12 Avqust 00:02841

    Sevimli dostlarım qurban bayramınız mübarək!

    Cavab yaz
    • Anonim
      Zəhra · 12 Avqust 10:4600

      Bahəm can

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Avqust 00:025840

    Status-Her bir insan öz qelbine göre büruze verir !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Avqust 00:035744

    Status-Bezileri anadan insan doqulur amma insan ola bilmirler !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Avqust 00:045743

    Status-Cahil insanin düşünceleri ve meslehetleri hec kime fayda vermez.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Avqust 00:055447

    Vəəəəəəə..........Geceniz xeyre qalsin yuxunuz Bal Mestan Esra olsun hem şirin hem de gözell Prenses Esra kimi !

    Cavab yaz
  • Anonim
    Ulya · 12 Avqust 00:071112

    Her kese gozel bayramlar. İnshallah ki, bu bayram gunlerinde her kese Allah bol ruzi, huzur, kamil iman bexsh eder. Amin!

    Cavab yaz
  • Anonim
    Ulya · 12 Avqust 00:09240

    Allahim bu bayramda cemi xestelere shefa ver, chetinlikde, sixintida, darliqda olan bendelerine Ozun komek ol, hech bir valideyni ovladla sinaga chekme, gozu yolda olanlarin gozunu yoldan qovushuqla chek Allahim! Sen qebul etmeyeceyin dua uchun ellerimizi goye achdirmarsan. Bizim uchun xeyirlisi ne ise onu da bextimize, taleyimize, qismetime yaz. Amin!

    Cavab yaz
    • Anonim
      Ulya · 12 Avqust 01:0560

      Qismetimize.

      Cavab yaz
  • Anonim
    Ulya · 12 Avqust 00:32190

    Sensizliye öyret meni, Unutdur baxışlarını, Qara gözünü, qaşlarını.. Sil gözünün yaşlarını, Demedim ki kövrelt meni, Sensizliye öyret meni.. Bir ac quşam, bax densizem, Özge yerde, çemensizem, Gör neçe ildi sensizem.. Yorur axı hesret meni, Sensizliye öyret meni.. Sensizliye dustaq olum, El çatmayan bir dağ olum.. Sen külek ol, yarpaq olum, Ese-ese titret meni, Sensizliye öyret meni.. Özge eller ovutmuşam, Elin bilib berk tutmuşam.. Men özümü unutmuşam, Mensizliye öyret meni..

    Cavab yaz
  • Anonim
    Ulya · 12 Avqust 00:43190

    Cesaretli ol! Vaxt gelecek gwriye baxdigin zaman etdiklerin uchun deyil, etmediklerin uchun uzuleceksen...

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı 15 · 12 Avqust 10:1340

      like

      Cavab yaz
    • Anonim
      Zəhra · 12 Avqust 10:4610

      Likeeeee

      Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 12 Avqust 21:0210

      axşamın xeyir, gözdiyəcəm.

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 12 Avqust 00:5030

    Səninlə bahəm Esracanım mənim

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 Avqust 09:15123

      Cann cox saq ol var olll canim menim /

      Cavab yaz
  • Anonim
    **** · 12 Avqust 07:4890

    Sabahiniz xeyr.xoş istirahetler)

    Cavab yaz
    • Anonim
      Zəhra · 12 Avqust 09:5252

      Sabahın xeyir bahəm.

      Cavab yaz
  • Anonim
    # · 12 Avqust 08:504379

    Saytın adekvat və pozitiv xanımlarına eşg olsun : Ebru xanım, Zəhra, SəadaT, $$$, Asi, Mələk, Ulya

    Cavab yaz
    • Anonim
      Zəhra · 12 Avqust 09:521216

      Cann çox sağolun #. Maraqlı gəldi görəsən kimsiz))

      Cavab yaz
      • Anonim
        # · 12 Avqust 10:03834

        Siz də sağ olun ))) Sadəcə gıragdan müşahidə edənəm

        Cavab yaz
        • Anonim
          Zəhra · 12 Avqust 10:4217

          Həə lap yaxşı. :-)). Təşəkkür edirəm

          Cavab yaz
    • Anonim
      Ulya · 12 Avqust 10:2024

      Bayraminiz mubarek

      Cavab yaz
    • Anonim
      asi · 12 Avqust 11:1521

      Sağ ol.Sənə də..Saytın bütün xanımlarına eşq olsun..Bəyləri özləri bilər)

      Cavab yaz
  • Anonim
    Zəhra · 12 Avqust 09:51250

    Bayramınız mübarək əziz dostlar. Allah kəsilən qurbanları qəbul eləsin !

    Cavab yaz
    • Anonim
      ...Admiral · 12 Avqust 10:11120

      Çox sağol Zəhra bahəm can

      Cavab yaz
      • Anonim
        Zəhra · 12 Avqust 10:4240

        Sağol canım. Havaya yazarsız imkan olsa

        Cavab yaz
  • Anonim
    Zəhra · 12 Avqust 09:5180

    Moder sizi də təbrik edirəm

    Cavab yaz
  • Anonim
    asi · 12 Avqust 09:5894

    Avropa və Ionun münasibəti mənə niyə təsir edir ki))??.. Mən 3-cü tərəfəm, öz aralarında qalsın, yaxşı da, pis də)..Kimin mənlə ortaq marağı varsa, xəbər eləsin, bu gün onunla tərəfdaş olacam).. Bayram qeyd edənlərin bayramı mübarək...

    Cavab yaz
  • Anonim
    ...Admiral · 12 Avqust 10:091182

    Salam Dostlarım. Qurban bayramınız mübarək olsun. Allah kəsilən qurbanları qəbul etsin

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 Avqust 10:15500

      Canim qardasimmm, bahemmm hamisi qarsiliklidir. Coxx saq ol var ol.Mende seni aileni en birinci de mamani tebrik edirem nece bele bayramlara.

      Cavab yaz
      • Anonim
        ...Admiral · 12 Avqust 10:22280

        Çox sağol Əsra bacım hamısı qarşılıqlıdır var ol.. Arzu edirəm bu il bütün arzuların gerçək olsun karyera qurasan həyatını gözəl keçirdəsən Ən əsası xoşbəxt olasan sağlam olasan

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 12 Avqust 10:33150

          Cannnnn ..Sende əlaçı telebelik heyatin yasayasan İnsallahhh.Birimiz müellime birimiz telebeeee.

          Cavab yaz
  • Anonim
    Zəhra · 12 Avqust 10:4565

    Bugünkü bayramı hava bölməsində qeyd edərik. Dostlar maraqlı şənlik olsun orada. Məndə yazacam. Siz də suallarla gəlin. Həm elmilik , həm günlük , həm də mənəvilik olsun suallarda. Hələlik. Hamını gözləyirik

    Cavab yaz
    • Anonim
      Mahir · 12 Avqust 10:5512

      Salam eziz sehciler necesiniz? Kefiniz ehvaliniz necedir? Haminizi muqeddes qurban bayrami munasibetile tekbrik edirem. Size mohkem can sagligi ve ruzi-bereket arzu edirem. Bayraminiz gozel olsun.

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 Avqust 11:3152

        Cox saq olun var olun.men yaxsiyam Siz necesiniz? Sizinde bayraminiz mubarek olsun tebrik edirem ne arzunuz var heyata gecesin nece bele bayramlara

        Cavab yaz
      • Anonim
        Zəhra · 12 Avqust 13:1211

        Çox sağol Mahir qaqaş.yaxşılıqdır. Sizin də bayramıvız mübarək

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.