Cəmiyyət

Xalq artisti Tovuzda qəzaya düşdü - FOTO

6 Avqust 2019 23:36
0 Şərh     Baxış: 7 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadla xəbər verir ki, avtoqəza Heydər Əliyev prospekti ilə Mərdan Musayev küçəsinin kəsişməsində qeydə alınıb.

Bildirilir ki, yol qəzası zamanı "Chery Tiggo", "Mercedes Vito" və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

Yol qəzasının səbəbləri hazırda polis tərəfindən araşdırılır.

Qeyd edək ki, "Chery" markalı avtomobili xalq artisti, aktyor Əjdər Həmidov idarə edirmiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.