Cəmiyyət

Sabirabadın Mərkəzi Bazarında yanğın söndürüldü - YENİLƏNİB

16 İyul 2019 09:22
0 Şərh     Baxış: 850

09:22

FHN-dən Milli.Az-a verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

---------

08:48

Sabirabad rayonunda bazarda yanğın başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Sabirabad Mərkəzi Bazarında baş verib. Yanğın təxminən 06:30 radələrində bazardakı dükanlardan birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb olunsa da, hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Alovun bazarın əksər ərazilərinə yayıldığı bildirilir.

Hazırda yanğının qarşısı alınması istiqamətində tədbirlər görülür.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.