Yeni 10 manalıq əskinaslardan "QORXANLAR" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
3 aydır aramızda olan, amma çoxumuzun məlumatsız olduğu, görmədiyi, görənlərin istifadə edə bilmədiyi 10 manatlıq əskinaslar əməlli-başlı problemə çevrilib. İş o yerə çatıb ki, istehlak yerlərinin əksəriyyəti bu əskinasdan imtina edir.
Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hətta saxtadır deyib qaytaranlar da var.
Sakin: "Deyilənə görə bir necə aydı yeni əskinaslar çıxıb, amma heç rastıma çıxmayıb. Bilmirəm necədi".
Yenilənmiş 10 manatlıqları əksər insanlar görməyib, görənlər isə, sözün əsl mənasında, peşmandı. Artıq 3 aydan çoxdur istifadəyə buraxılmış bu əskinasları bəziləri hələ də saxta hesab edir. Yeni pul nişanının məhdudiyyətsiz istifadə olunacağı açıqlansa da, bir çoxları bu pula yaxın durmağa ehtiyat edir. Məsələn, ictimai nəqliyyat sürücüləri. Yaxud elə dükan bazardakı satıcılar.
Sakin: "Deffektdi, nə blim nədi, götürmədi, çıxdım gəldim, heç nə ala bilmədim ordan".
Sakin: "Köhnə 10 manatlıqları veririk ki, nə isə alaq. Çünki banklar da qəbul etmir. İşıq pulu, qaz pulu ödəyəndə banklar da ödəmir".
Amma hansı əskinasın verilməsindən asılı olmayaraq saxtanı orijinaldan ayırd etməyi bacaranlar da var.
Məsələ ondadır ki, bu 10 manatlıqlardan qorxan təkcə insanlar deyil. Ödəmə aparatlarının da əksəriyyəti bu pulları həzm edə bilmir.
Əsəd Qəhrəmanov - Mütəxəssis: "Vətəndaşların çətinlikləri ilə bağlı digər bir məqam pul qəbul edən qurğular, bankomatlar vasitəsilə pulların tanınmamasıdır ki, bunun üçün bəzi görülməli işlər var. Mərkəzi bank öz tərəfindən bunlardan bir qisim dövriyəyə yararlı, bir qisim yararsız nəğd vəsaitlərlə kənar təşkilatları, hansılar ki, bu işlə məşğuldurlar, proqram təminatının yenilənməsi ilə məşğuldurlar onlar öz düzəlişlərini ediblər, hal-hazırda isə bu işlərlə bağlı yekun test işləri aparılmaqdadır. Qısa müddətdə bütün banklarda sazlama işləri aparılacaq və artıq bütün bankomatlar yeni 10 manatlıqları qəbul edəcəkdir".
Bir sözlə, bankomat, müştəri, yaxud hədiyyə olaraq kimsə yeni 10 manatlıq verərsə, tərəddüd etmədən götürə bilərsiniz.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti





