Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm ərzində qazanılan uğurlardan, görülən işlərdən danışıb:
"Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz və geriyə baxanda biz bu müddətdə necə uğurlar qazandığımızı görürük. Əlbəttə ən böyük uğurumuz odur ki, teatrımızın 90 illik yubileyi çox böyük təntənə ilə keçib. Ölkə Prezidentinin Sərəncamı ilə bir neçə əməkdaşımız fərxri adlara, ordenlərə layiq görülüb. Həmçinin bu mövsümdə teatrımızda 8 yeni tamaşaya quruluş verilib. Həm uşaqlar, həm də böyüklər üçün olan bu yeni tamaşalar böyük maraqla qarşılanıb. Hal-hazırda da Xalq artisti Cənnət Səlimova Mirzə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinə quruluş verir. Əməkdar artist Nicat Kazımov isə "Sindibadın sərgüzəştləri" tamaşasını uşaqlar üçün hazırlayır ki, bunları da yeni mövsümdə tamaşaçılarımıza təqdim edəcəyik. Eyni zamanda ötən il ölkə Prezidentinin yaradıcı adamlarla görüşməsi, teatr işçilərinin maaşlarının 50 faiz artırılması, üstəgəl teatrlara maddi yardımın ayrılmasını da xüsusi qeyd etməliyəm. Bütün bunlar yaradıcı adamlara stimul verən məsələlərdir."
Daha sonra İsveç dramaturqu Lars Norenin "Müharibə" pyesi əsasında, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı tamaşa nümayiş olunub. İki hissəli tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.
Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova canlandırırlar.
16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.
Qeyd edək ki, sentyabr ayında teatr mövsümü Füzulinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı





