YouthSpeak Forum 2019 uğurla başa çatıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı önəmli tədbirlərindən biri olan YouthSpeak Forum 2019-u Bakı Ali Neft Məktəbində uğurla başa çatdırdı.
Milli.Az Trend-ə istinadən bildirir ki, YouthSpeak Forumu dünyanın 100-dən çox ölkəsində keçirilən beynəlxalq forumdur.
Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM haqqında məlumatlandırmaq məqsədi daşıyan vasitələrdən biridir. YouthSpeak Forumunun əsas məqsədi müxtəlif peşə sahələrindən olan liderləri və Azərbaycan gənclərini bir araya toplamaqla, onları DİM və bir sıra mövzularda müzakirə və fikir mübadiləsinə cəlb etməkdir.
Forumun açılış mərasimində AIESEC Azərbaycan təşkilatının sədri Əşrəf Hüseynov AIESEC Azərbaycan-ın fəaliyyəti haqqında danışıb, bütün iştirakçılara dərin minnətdarlığını bildirdi, daha sonra isə rəsmi qonaqlar olan İnformasiya Texnologiyalar Dövlət Fondunun rəhbəri Azər Bayramov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş üzrə rəhbəri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Fondu yanında Karyera Mərkəzinin Rəhbəri Fəxri Məmmədli və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası-nın sədri Məryəm Məcidova çıxış etmişdir.
Açılışdan sonra Forum-da ''SUP Startup Accelerator''un icraçı direktoru Vüsal Kərimli "Sənaye, İnnovasiya və İnfrastruktur", Counterpart International'ın Proqram Mütəxəssisi və Equals Baku həmtəsisçi, Zümrüd Cəlilova "Gender bərabərliyi", Nar şirkətinin Korporativ Kommunikasiyalar üzrə direktoru Əziz Axundov "Layiqli əmək və İqtisadi artım" mövzularında əsas məruzəçilər kimi çıxış etmiş, daha sonra isə Forum interaktiv seminarlar ilə davam edib. Lalafo şirkətinin ölkə üzrə direktoru Müşviq Həsənov "Sahibkarlıq'', Blockchain üzrə mütəxəssis Məryəm Tağıyeva "Yüksək Texnologiyalar və Blockchain", Procter & Gamble Azərbaycan-ın Azərbaycan və Gürcüstan üzrə Baş Marketinq meneceri Əliyar Hüseynov "Gender bərabərliyinin təmin edilməsi və onunla bağlı sağlam siyasətin tətbiq olunması'', Red Communications PR&BTL Agency-nin İdarəçi Tərəfdaşı, 100 Business Women of Azerbaijan sədri, Tatyana Mikayılova "Gender Bərabərliyi və insan inkişafı", HUMAN Foundation təsisçisi, One Young World səfiri Fəridə Əskərzadə "Canvas Biznes Modeli" mövzuları haqqında öz təcrübə və biliklərini iştirakçılarla paylaşdılar.
Forumun son hissəsində iştirakcılar öz sosial layihələrini yaradaraq və onları təqdim edərək müsabiqədə iştirak etmək şansı əldə etdilər. Layihə Təqdimatında münsiflər heyəti tərəfindən seçilərək qalib olan komanda üzvləri AIESEC Azərbaycanın xaricdə keçirilən 6 həftəlik təcrübə proqramında pulsuz iştirak haqqı qazandılar.
AIESEC Azərbaycan təşkilatı dəstəyə görə Gənclər və İdman Nazirliyinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz dərin minnətdarlığını bildirir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr





